"qiyamət" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "qiyamət" üzrə 280 ayə tapıldı.
Əlbəttə, dan yeri söküləndə onlara davamlı (ölüm və Bərzəx əzabına, oradan da qiyamət və Cəhənnəm əzabına birləşik) əzab (daş yağışı) gəldi.
(Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!»
Biz onu, yada salmaq (Qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik.
Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
Ey iman gətirənlər, bir-birinizlə pıçıldaşdığınız, gizli söhbət etdiyiniz zaman (heç olmasa) günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıldaşmayın. Yaxşılıq və təqva(ya tövsiyə etmək üçün) pıçıldaşın. (Qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun.
Qiyamət günü nə (onlara görə öz dininizdən keçdiyiniz) qohumlarınızın, nə də övladlarınızın sizə heç bir faydası olmayacaqdır. (O gün Allah) sizin aranıza ayrılıq salacaqdır və Allah etdiklərinizi görəndir.
Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!»
(Kafirlər) deyərlər: «Əgər düz danışanlardansınızsa, bəs bu vəd (Qiyamət günü) nə zaman olacaqdır?!»
Ya, bəlkə Qiyamət gününədək sizin Bizimlə möhkəm əhd-peymanınız vardır ki, (Cənnət və axirət nemətlərindən) hər nəyə hökm etsəniz, sizin olacaqdır?!
«Həqiqətən, mən (dünyada) ikən Qiyamət günü öz hesabıma (əməllərimin hesabına) yetişəcəyimə yəqinliklə inanmışdım».
Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab – kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar.
Yoxsa onlardan hər birinin tamahı var ki, (sabah Qiyamətdə kafir ola-ola) onu çox nemətli Cənnətə daxil edələr?!
«Sonra sizi(n cisminizi yenə) onun (yerin) köksünə qaytaracaq və yenidən xas bir tərzdə çıxaracaqdır. (Qiyamət günü onun parçalanmış zərrələrini (hissəciklərini) yığaraq dünyadakı şəklə salacaq və Bərzəx ruhunu ona daxil edəcəkdir)».
De: «Mən bilmirəm ki, sizə vəd olunan (dünya əzabı, yaxud Qiyamətin qopması) yaxındır, yoxsa Rəbbim onun üçün (uzun) bir müddət təyin etmişdir.»
280 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
14 Səhifə