Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Sizi (növünüzü tarix boyu tədricən) dirildən, sonra (tədricən) öldürəcək, daha sonra (ikinci sur çalınan zaman Qiyamətdə hamılıqla) dirildəcək (qüvvə) Odur. (Əməl dünyasında olmaq neməti nəticə aləminin olması ilə kamilləşir. Amma) şübhəsiz, insan çox nankordur.
Biz (Nuhdan sənə kimi olub keçmiş ümmətlərdən) hər bir ümmət üçün (onların zaman və hallarına uyğun) bir ibadət müəyyənləşdirmişik ki, ona əməl edirlər. Buna görə də onlar (şəriət) iş(in)də səninlə mübahisə etməməlidirlər (nəsx edən şəriəti götürərək nəsx olunmuşu kənara qoymalıdırlar). Rəbbinə tərəf dəvət et! Şübhəsiz, sən doğru yoldasan.
Əgər (bütün dəlil-sübutlar təqdim edildikdən sonra yenə) səninlə mübahisə etsələr, onda (üz döndərərək) de: «Etdiklərinizi Allah daha yaxşı bilir.»
Məgər bilmirsən ki, Allah göydə və yerdə olanı bilir?! Əlbəttə onların hamısı bir kitabda (Allahın əzəli elmindən qaynaqlanan Lövhi-Məhfuzda) qeyd olunmuşdur. Şübhəsiz bu, (onları Lövhi-Məhfuzda yazmaq və Qiyamətdə icra etmək) Allaha asandır.
Onlar Allahın yerinə barəsində Allahın dəlil-sübut nazil etmədiyi və haqqında (tanrı və rəbb olmasına, Allaha yaxın olmasına və şəfaət edəcəyinə) özlərinin də elmləri olmayan (və yalnız gümana və keçmişlərinə təqlidə əsaslanan) bir şeyə ibadət edirlər. Zalımların əsla yardımçısı yoxdur.
Bizim (tovhid və ilahi maarifin) aydın dəlillər(i) olan ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslərin üzündə inkar (əlamətləri) görərsən. Az qalır ayələrimizi onlara oxuyan kəslərə hücum etsinlər (və onları vursunlar). De: «Sizə bundan (bu qəzəb və narahatçılığınızdan) da pisini xəbər verimmi? (O,) Allahın küfr etmiş kəslərə vəd etdiyi oddur və (o,) pis sonluqdur.»
Ey insanlar! (Sizin özünüz və bütləriniz barəsində) bir məsəl çəkilib, ona qulaq asın: Həqiqətən Allahın yerinə çağırdıqlarınız əsla, hətta bunun üçün bir yerə yığılsalar belə, bir milçək də yarada bilməzlər. Əgər milçək onlardan bir şey götürsə, onu ondan geri ala bilməzlər. İstəyənlə (müşriklərlə), (hacət) istənilənin (bütlərin) hər ikisi acizdirlər. (Yaxud da istəyəndən məqsəd milçəklər, istəniləndən məqsəd isə götürülüb aparılmış şeydir, ya da istəyən bütlər istənilən isə milçəklərdir.)
Onlar Allahı Onun Öz məqam və dərəcəsinə layiq (hətta insan üçün mümkün olan çərçivədə) qiymətləndirib tanımadılar (və buna görə də ən qüdrətli varlığa – varlıq aləminin yaradanına Onun ən zəif məxluqunu şərik qoşdular). Həqiqətən Allah qüvvətli və yenilməz qalibdir.
Allah (Özü ilə peyğəmbərləri arasında vasitə olmaq üçün) mələklərdən və (Özü ilə cəmiyyət arasında vasitə olma üçün) insanlardan elçilər seçir. Həqiqətən Allah (cəmiyyətin təlim-tərbiyə sahəsindəki ehtiyac çağırışlarını) eşidən və (onların pyeğəmbər və tərbiyəçilərinin vəziyyətini) görəndir.
Onların (mələk və insanlardan olan elçilərin) önlərində və arxalarında olanı bilir (və onları səhvdən, unutqanlıqdan və şeytanın müdaxiləsindən qoruyur). (Yaradılış və şəriətin) bütün işlər(i) Allaha tərəf qaytarılır.
Ey (Bizim peyğəmbərimiz Muhəmmədə – səlləllahu əleyhi və alih) iman gətirənlər, ruku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir.)
Və Allah (yolun)da Ona layiq tərzdə cihad edin. O, (Qur’an və İslam neməti ilə) sizi seçib və İslam dinində sizin üçün heç bir məşəqqət və dözülməz çətinlik qoymayıb. (Heç bir çətin hökm çıxarılmayıb və qarşıya çıxan hər bir çətinliyə bir yol qoyub.) Bu din (özünün əsas və qolları ilə) atanız İbrahimin dini və şəriətidir. (İbrahim Muhəmmədin, Muhəmməd isə İslam ümmətinin atasıdır. Deməli İbrahim müsəlmanların atasıdır.) Sizi əvvəldən (keçmiş peyğəmbərlərin kitablarında) və bunda (bu kitabda) müsəlman adlandıran o olub. (Bu seçim) bu peyğəmbərin (Qiyamət günü) sizə və sizin insanlara şahid olmağınız üçündür. (Məsumlar və onların canişinləri Qiyamətdə bu ümmətə və həmçinin keçmiş ümmətlərə şahid olacaqlar.) Buna görə də namaz qılın, zəkat verin və Allaha sığının. Sizin hami, sahib və başçınız Odur. O necə də gözəl hami və necə də gözəl yardımçıdır.
Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).
Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar (zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə) qınanmazlar.
Odur ki, bundan (bu ikisindən) başqasını axtaranlar (bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar İslamın müəyyənləşdirdiyi) həddi aşanlardır.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə