O odunla dolu şölələnən atəş.
"Əl-" axtarışı
2942 nəticə tapıldı
Quranda Axtarış Edin
Populyar Axtarışlar
60 açar söz
Allah
2426
insan
603
axirət
351
ata
326
insanlar
353
iman
639
Nisa
416
Musa
230
ibrahim
150
qiyamət
280
isa
536
mələklər
209
Əl
4804
mələk
245
Hidayət
191
kafirlər
260
övlad
201
Bəqərə surəsi
293
Cəhənnəm
200
elm
220
Mömin
239
tövbə
194
Namaz
119
Əl-
2942
iman gətirənlər
165
ruzi
133
Müşriklər
150
zalım
151
möminlər
161
Yaradılış
164
Qar
493
Yəhudi
63
ölüm
149
Məryəm
128
Şeytan
124
Kişi
197
Ətir
802
Tövrat
90
qadın
156
əhli-beyt
4
Cihad
74
təqvalı
87
Cəhənn
200
Muhəmməd
63
əqidə
99
zövcə
83
təqva
110
salam
55
Yəhudilər
42
Ailə
66
Uf
104
Başçı
43
Allah yolunda
79
fəsad
69
Allaha məxsusdur
63
Əl-kəhf
110
Həmd
41
Furqan
78
cinlər
59
Allahdan qorxun
49
Axtarış nəticələri:
"Əl-" üzrə
2942 ayə tapıldı.
O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər.
Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.
Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyb və irad tuturdular.
O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti Ona məxsusdur (çünki, yaradılış, qorumaq və tədbir –bunların hamısı Onun əlindədir). Allah hər bir şeyə nəzarətçi və şahiddir.
Əl-Buruc surəsi - Ayə 10
#85:10
Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işkəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlər şərh edilir.)
Əl-Buruc surəsi - Ayə 11
#85:11
Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!
Əl-Buruc surəsi - Ayə 12
#85:12
Həqiqətən, sənin Rəbbinin qəhri (intiqamı) çox şiddətlidir.
Əl-Buruc surəsi - Ayə 13
#85:13
Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.
Əl-Buruc surəsi - Ayə 14
#85:14
Odur! (İtaətkarları) bağışlayan və çox sevən!
Əl-Buruc surəsi - Ayə 15
#85:15
(O,) ərşin sahibi (varlıq aləmində hökm sahibi) və (zat və sifətləri baxımdan) şanlı – şövkətlidir.
Əl-Buruc surəsi - Ayə 16
#85:16
İstədiyini qüdrətlə yerinə yetirəndir.
Əl-Buruc surəsi - Ayə 17
#85:17
O, qoşunların (Allahın və Onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin) xəbəri sənə gəlib çatdımı?
Əl-Buruc surəsi - Ayə 18
#85:18
Firon və (Saleh peyğəmbərin qövmü olan) Səmud (qoşunları necə məhv oldular)?!
Əl-Buruc surəsi - Ayə 19
#85:19
(Yalnız onlar təkzib etmədilər), (sənin qövmündən) kafir olan kəslər, (daha şiddətlə) inkar etməkdədir.
Əl-Buruc surəsi - Ayə 20
#85:20
(Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət baxımından) əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)
Əl-Buruc surəsi - Ayə 21
#85:21
(Bu kitab sehr və əfsanə deyildir,) əksinə o, oxunmalı, şanlı - şövkətli bir kitabdır.
Əl-Buruc surəsi - Ayə 22
#85:22
O, (yalan, təhrif, şeytan və cinlərdən) qorunmuş Lövhdə (Lövhi - Məhfuzda) yazılmışdır.
Əl-Əla surəsi - Ayə 1
#87:1
Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.)
Əl-Əla surəsi - Ayə 2
#87:2
O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı).
2942
Tapılan Ayə
6236
Ümumi Ayə
114
Sürə Sayı
148
Səhifə