Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).
Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».
(And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).
Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).