"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
Beləliklə onları iki gündə (yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir.
Özlərindən qabaqkı və sonrakı peyğəmbərlər onların yanına gələndə «Allahdan başqasına ibadət etməyin!» (dedilər). (Ayədən belə məlum olur ki, bütün peyğəmbərlər hamının peyğəmbərləridir və sanki onlara bu sözü peyğəmbərlərin hamısı deyiblər.) Onlar dedilər: «Əgər bizim Rəbbimiz (bizim iman gətirməyimizi) istəsəydi, mütləq, mələklər göndərərdi. Buna görə də biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik.»
(Hud peyğəmbərin qövmü) Ada gəldikdə isə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və dedilər: «Kim bizdən daha güclüdür?» Məgər onlar (qəlb gözü ilə) özlərini yaradan Allahın onlardan güclü olmasını görmədilər? (Əslində) onlar (batini yəqinlikləri ola-ola) Bizim nişanələrimizi inkar edirdilər.
Beləliklə onlara dünyayatında alçaldıcı əzabı daddırmaq üçün nəhs günlərdə çox soyuq və uğultulu bir külək göndərdik. Əlbəttə, axirət əzabı daha alçaldıcıdır və (həmin gün) onlara əsla kömək edilməyəcəkdir.
Və (yada sal) o gün(ü) ki, Allahın düşmənlərini (qəbirlərdən və müxtəlif yerlərdən) oda tərəf toplayacaqlar. Beləliklə onların birincisindən sonuncusunadək (hamısı bir yerə) toplanılacaqlar.
Nəhayət onların hamısı oda çatanda ətləri, gözləri və bədənlərinin dəriləri onlara qarşı, (dünyada) etdiklərinə (dünyada görüb şahid olduqlarına) şəhadət verərlər.
Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?» (Dəriləri) deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf qaytarılırsınız.»
Siz (dünyada günah edən zaman) qulaq, göz və dərilərinizin sizə qarşı şəhadət vermələrindən (qorxub) gizlənmir, (yalnız insanlardan gizlənirdiniz və) Allahın sizin (camaatdan gizlin) etdiklərinizin çoxunu bilməməsini güman edirdiniz.
Rəbbiniz barəsində olan bu gümanınız (küfr və itaətsizliyin davam etdirilməsi ilə) sizi həlak etdi və beləliklə, ziyana uğrayanlardan oldunuz.
Əgər səbr etsələr, onların yeri oddur və əgər (Bizim) razılıq(ımızı) istəsələr, onlar (zatları küfr və itaətsizlik çirkinliyinə qarışdığı üçün) əsla razılığa layiq deyildirlər (Allahın o dünyada onlardan razı qalması mümkün deyil).
Biz (küfr və inadkarlıqlarına görə dünyada) onlar üçün (şeytan və cinlərdən) dost və yoldaşlar təyin etdik. Onlar (həmin şeytan və cinlər) bunlara indiki və gələcək nəfsi istəklərini və keflərini gözəl göstərdilər və onlardan qabaq keçmiş cin və insan tayfalarının zümrəsində (Allahın əzəli) söz(ü və kafirlərə verdiyi Cəhənnəm vədi) onlar barəsində gerçəkləşdi. Onlar doğrudan da ziyana uğradılar.
Buna görə Biz də küfr etmiş kəslərə şiddətli əzab daddıracaq və mütləq onları etdikləri çox pis işlərə görə cəzalandıracağıq (və ya onların pis işlərinin həqiqi təzahürünü onların axirət cəzaları edəcəyik).
Kafirlər (həmin gün) deyərlər: «Ey Rəbbimiz! Cin və insanlardan bizi azdırmış o iki dəstəni bizə göstər, xar olub alçalmaları üçün onları ayaqlarımızın altına sal(ıb tapday)aq.»
Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!»
Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və (mənəvi ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz hazırdır.
Kim Allaha tərəf dəvət edən, yaxşı işlər görən və (səmimi qəlbdən) «mən təslim olanlardanam» deyən kəsdən gözəl danışandır?!
Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur.
Bu (pisliyə yaxşılıqla cavab vermək xisləti), yalnız səbr edənlərə təlqin və əta edilər və ancaq (insanlıq kamalında) böyük payı olana verilər.
Gecə, gündüz, günəş və ay Onun (tovhid, qüdrət və rübubiyyət) nişanələrindəndir. Əgər siz (yalnız) Ona ibadət edirsinizsə günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə