"Z" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Z" üzrə 5453 ayə tapıldı.
Beləliklə, Musa öz əsasını atan kimi (əsa), qəfildən açıq-aşkar bir əjdaha oldu. (Onun əjdaha olduğu tam aydın görünürdü).
Və əlini (qoynunun altından) çıxardanda, o, baxanlara qəflətən (gözqamaşdırıcı) ağappaq və nurlu göründü.
«Əgər sehrbazlar qalib gəlsələr, biz də onlara tabe olaq (Fironun tanrılığına və dininə itaət etməyə davam edərik)».
Onlar öz iplərini və əsalarını yerə atdılar. (Firona və özzəltdikləri ilan kimi qıvrılan əşyalara çox güvənərək) dedilər: «Fironun izzətinə (və cəlalına) and olsun ki, mütləq biz qalib gələcəyik».
Belə olduqda Musa (da) öz əsasını atdı. O, onların düzəltdikləri (və nümayiş etdirdikləri) həqiqi olmayan şeyləri qəfildən uddu.
Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan və birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».
Dedilər: «(Bizə) heç bir zərəri yoxdur, çünki biz öz Rəbbimizə doğru dönəcəyik (və O hər şeyi yoluna qoyar)».
«Həqiqətən, biz umuruq ki, Rəbbimiz – ilk iman gətirənlər olduğumuza görə günahlarımızı bağışlasın».
Musaya belə vəhy etdik: «Mənim bəndələrimi gecə vaxtı çıxart, çünki siz təqib ediləcəksiniz (bununla da sizin qurtuluşunuzun və Fironun adamlarının həlakının müqəddiməsi hazırlanacaqdır)».
5453 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
273 Səhifə