Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).
Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir–birinə çırpılıb parça–parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman
Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün-məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!
Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kə’bənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə) ki,