"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
(Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün).
Və onlara (cəmiyyətlərinə və ya dini hədəflərinə) zülm olunduqda bir-birlərindən kömək istəyən və bir-birlərinə kömək edən (və düşməndən intiqam alan) kəslər (üçün).
Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir.
(Cəza və tənbeh) yol(u) yalnız insanlara zülm edən və yer üzündə haqsız yerə hökmranlıq və fəsad axtaran kəslərə qarşıdır (belələrinə qarşı açıqdır). Onlar üçün ağırılı bir əzab vardır.
Allahın boşladığı (və üzərindən lütf nəzərini götürdüyü) kəsə Allahdan başqa əsla bir başçı və yardımçı olmayacaqdır. Zalımların (Cəhənnəm) əzabı(nı) görən zaman «(dünyayaya iman və tövbəyə) qayıtmaq üçün bir yol varmı?» deyən görəcəksən.
Onları zillət və xarlıqdan (doğan) itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən. Və iman gətirənlər (onların barəsində) deyəcəklər: «Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünyaya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir.» Bil ki, zalımlar mütləq daimi əzab içərisində olacaqlar.
Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın (rəhmətini kəsməklə) azğınlıqda boşladığı kəsin əsla bir (nicat) yolu yoxdur.
Allah tərəfindən bir qayıdışı olmayan gün (Qiyamət) gəlib çatmamışdan qabaq Rəbbinizi(n iman və əmələ dəvətini) qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar və nə də (əməllərinizi) bir inkar etmək (qüdrətiniz).
Beləliklə əgər (sənin dəvətindən) üz döndərsələr (bunun üçün sən məzəmmət edilməzsən. Çünki Biz) səni onlara gözətçi göndərməmişik. Sənin öhdəndə (dinin tapşırıqlarını) çatdırmaqdan başqa bir şey yoxdur (onların ürəkdən etiqad bəsləmələri, əməli bağlılıqları, dünya və axirətdə cəzalandırılmaları sənin vəzifən deyil). Biz insana Öz tərəfimizdən bir mərhəmət daddıran zaman ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə, şübhəsiz, insan çox nankordur (həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır).
Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə və məhv edilməsi Ona məxsusdur.) O, istədiyini yaradır. İstədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir.
Yaxud da (başqa biri üçün) oğlan və qızları birlikdə, bir yerə toplayır. İstədiyini də sonsuz edir. Çünki O, doğrudan da (hər şeyi) bilən və qüdrətlidir (yaradılışın ən kamil quruluşunun xeyirini bilir və həyata keçirir).
Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən Allah uca məqamlı və hikmət sahibidir.
O Allahın yoluna ki, göylərdə və yerdə olanlar(ın hamısı onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək Onun istəyindən asılıdır.) Bil! (Dünyanın və bəndələrin) bütün işlər(i Məhşər günü) Ona tərəf qayıdacaqdır.
Həqiqətən bu (Qur’an) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir.
Siz həddini aşan bir dəstə olduğunuz üçün başdan ayağa öyüd-nəsihət olan bu kitabı nifrət üzündən sizdən geriyəmi qaytaraq?
Əlbəttə, əgər onlardan (Məkkə müşriklərindən) «göyləri və yeri kim yaradıb» (deyə) soruşsan, mütləq «onları həmin qüdrətli və bilən (Allah) yaratmışdır» deyəcəklər. (Çünki onlar aləmin yaradılmasında deyil, onun idarə olunması və rübubiyyətdə şirkə düçar olmuşdular.)
Həmin O (Allah) ki, yer üzünü sizin üçün (beşik kimi) rahatlanmaq yeri etdi və bəlkə (öz dünyəvi hədəflərinizə, tovhid və onun kamilliyinə) hidayət olunasınız deyə sizin üçün onda yollar yaratdı.
Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil hikmətinin tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacaqsınız.
Həmin O (Allah) ki, (varlıqların) bütün növləri(ni və bütün cüt məxluqatı) yaratdı və sizin üçün mindiyiniz gəmi və heyvanları vücuda gətirdi.
(Yaratdı) ki, onların üstünə minəsiniz, sonra onların üstündə qərar tutan zaman Rəbbinizin nemətini xatırlayıb deyəsiniz: «Bunu bizə tabe və ram edən (hər bir eyb və nöqsandan) pakdır; (yoxsa) bizim buna gücümüz çatmazdı».
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə