"Z" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Z" üzrə 5453 ayə tapıldı.
Beləliklə bir gör ki, onların məkrlərinin aqibəti necə oldu. Biz onları və (onlarla eyni əqidədə olan) qövmlərini, hamılıqla yox etdik.
Beləliklə bu, onların viran və (sakinlərsiz) bom-boş qalmış evləridir! Həqiqətən, bunda (bu hadisədə) bilən bir qövm üçün ibrət nişanəsi vardır.
Lutu (yada sal), o zaman (o), öz qövmünə dedi: «Belə həddindən artıq çirkin bir işi bir-birinizin gözü qarşısında edirsiniz?!»
«Siz qadınları qoyub şəhvət məqsədilə kişilərləmi yaxınlıq edirsiniz?! Həqiqətən, siz daim cahillik edən bir qövmsünüz».
Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Lutun ailəsini öz cəmiyyətinizdən çıxarın, çünki onlar təmiz qalmaq istəyən insanlardır (və sizin əməlinizdən uzaq olmaq istəyirlər)».
Beləliklə ona və ailəsinə nicat verdik, yalnız zövcəsindən savayı. (Onun məhv olan cəmiyyətdə) qalanlardan olmasını (əzəldən) təqdir etmişdik..
(O şəriklərmi yaxşıdır,) yoxsa göyləri və yeri yaradan, göydən sizə (yağış, qar və dolu şəklində) su nazil edən? Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı başqa bir tanrımı var? (Xeyr,) əslində onlar (Allahdan) üz döndərən və Ona şərik qoşan bir tayfadırlar.
(O şəriklərmi yaxşıdır,) yoxsa yeri (insanlar üçün) sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maneə qoyan kəs?! (Dənizə oxşar olan çayların dənizlə kəsişdiyi yerdə, geniş bir ərazidə şirin su ilə duzlu su arasında bir divar yaratdı ki, bir-birləri ilə qarışmasınlar)? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! (Xeyr) Onların əksəriyyəti bilmirlər.
(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!
(O şəriklərmi yaxşıdır,) yoxsa qurunun və dəryanın zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhmətindən (yağışdan) öncə bir müjdəçi olaraq göndərən? Məgər bir olan Allahla yanaşı başqa bir tanrı da var? Allah (Ona) şərik qoşduqlarından çox-çox ucadır.
(O şəriklərmi yaxşıdır,) yoxsa məxluqatı öncə yaradan, sonra onları(n hamısını fani etdikdən, yaxud canlıları öldürdükdən sonra, başqa bir aləmə) qaytaran sizə göydən və yerdən ruzi yetirən? Məgər tək olan Allahla yanaşı başqa bir tanrı da var? De: «Əgər düz deyirsinizsə, dəlil – sübutunuzu gətirin».
(Qiyamət haqdır.) Onların axirətə olan elmi (başları tamam dünyaya qarışdığına görə) qurtarmışdır. Əslində onlar (dəlilləri eşitməklərinə baxmayaraq yenə də) axirət barəsində şəkk–şübhədədirlər. (Bədbəxtlikləri üzündən və qəlblərinə vurulan möhürə görə) axirətə qarşı kordurlar.
Kafir olan kəslər dedilər: «Bizlər və atalarımız torpaq olandan sonra mütləq (nə vaxtsa dirildilib, qəbirlərdən) çıxarılacağıq?!»
«Həqiqətən, bizə və atalarımıza bundan öncə də (dirilmə) vəd olunmuşdu. Amma bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!».
(Ya peyğəmbər!) Onlar(ın iman gətirməmələrinə və inadkarlıqların)a görə qəm yemə və etdikləri məkr və hiylələrə görə ürəyini sıxma (çünki, Biz səni qoruyuruq).
De: «Bəlkə də tələsik istədiyinizin (iki tərəf arasında hakim olan əzabın) bir hissəsi sizin arxanızcadır. (Bədr döyüşü günü yetişər)».
(Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükr etmir.
Və əlbəttə, sənin Rəbbin onların (ürəklərində) gizli saxladıqlarını da (dil vasitəsilə) aşkar etdiklərini də bilir.
5453 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
273 Səhifə