Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan və birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».
Musaya belə vəhy etdik: «Mənim bəndələrimi gecə vaxtı çıxart, çünki siz təqib ediləcəksiniz (bununla da sizin qurtuluşunuzun və Fironun adamlarının həlakının müqəddiməsi hazırlanacaqdır)».
Sonra Musaya vəhy etdik ki: «Öz əsanla dənizə vur». Dəniz (əsanın vurulmasıyla on iki yerdən yol kimi) bölündü və (iki yolun arasında olan) hər bir hissə böyük bir dağ kimi oldu.
Həqiqətən, də bunda (bu hekayətdə Allahın tovhidi, qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Onların (müşriklərin) əksəriyyəti haqqa iman gətirən deyildilər.