Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Həqiqətən, sənin Rəbbin (intiqam alma və cəza vermə baxımından) yenilməz qüdrət və (möhlət vermə baxımından) mərhəmət sahibidir.
«Sinəm daralır (sıxılır) və (danışarkən) dilim tutulur. Odur ki, (vəhy mələyini) Haruna göndər (onu mənə köməkçi et)».
«Onlarla bağlı boynumda bir günah var (onlardan bir nəfəri öldürmüşəm). Buna görə də (risaləti yerinə yetirməzdən öncə) məni öldürəcəklərindən qorxuram».
(Allah) buyurdu: «Belə deyil. Siz ikiniz də Bizim ayələrimizi aparın. Şübhəsiz, Biz sizinlə birgə (Fironun adamlarının nə dediklərini) eşidəcəyik!».
Firon dedi: «Məgər biz səni uşaqlıq çağında öz yanımızda böyütmədikmi? Ömrünün neçə ilini bizim yanımızda qalmadınmı?»
(Musa) dedi: «O işi o vaxt edərkən mən xəbərsizlərdən idim (xəbərsiz idim ki, bir zərbə bir kəsin ölümünə səbəb ola bilər)».
«Buna görə də, sizdən qorxub qaçdım, sonra Rəbbim mənə peyğəmbərlik, hikmət və şəriət elmi əta etdi, məni Öz peyğəmbərlərindən etdi».
«Məgər İsrail övladlarını kölə etməyin bir nemətdirmi ki, onu mənə minnət qoyursan (halbuki, mən də onlardan biri kimi sənin əsarətində idim)?!»
(Musa) dedi: «O, göyləri, yeri və onların arasında olanları idarə və tərbiyə edəndir, əgər yəqinlik əhli olsanız, (gözəl şəkildə idarə və tərbiyə olunmalarından, onları idarə və tərbiyə edənin varlığını dərk edə bilərsiniz)».
Firon öz ətrafındakılara dedi: «(Onun sözlərinə) qulaq asırsınızmı?! (O, necə də mənim sualımı olduğu kimi təkrarlayır. Mən ondan Rəbbin mahiyyətini soruşuram, Musa isə mənə Onun işləri haqqında cavab verir)?!»
Firon dedi: «Həqiqətən, sizə göndərilmiş olan bu peyğəmbər, şübhəsiz, divanədir (mən bir şey soruşuram, o isə başqa şeydən danışır)!»
Musa dedi: (O,) «Şərqin və qərbin (günəşin doğduğu və qürub etdiyi bütün planetlərin çıxma və batma yerinin) və bu ikisinin arasında olan hər bir şeyin Rəbbidir, əgər düşünsəniz?».
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə