"dunya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "dunya" üzrə 481 ayə tapıldı.
O, (xilqətin əvvəlindən Qiyamət qopacağı vaxta qədər) bu dünyanın işlərini (Öz cəlal) səma(sın)dan (bu yer barəsində olan fərmanla, mələklərinin əli ilə) tədbir və tənzim edir. Sonra (tədbirdən hasil olunan nəticələr) sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə On(un dərgahın)a sarı yüksələr (və araşdırılmaq və hökm olunmaq üçün «hesab» dayanacağında Ona təqdim olunar).
Lakin iman gətirib saleh əməllər edənlər üçün «Mə’va» Cənnətləri və bağları vardır, (və bunlar hamısı dünyada) etdiklərinin mükafatı olaraq bir qonaqlıqdır.
Biz ən böyük əzabdan (axirət əzabından) öncə onlara mütləq ən yaxın əzabı (dünya əzabını – qıtlıq, xəstəlik, məğlubiyyət və sairə) daddıracağıq, bəlkə (düz yola) qayıdalar!
De: «Əgər ölümdən, yaxud öldürülməkdən qaçırsınızsa, qaçmağınız əsla sizə heç bir fayda verməz. Belə olan surətdə (dünyada) yalnız az bir müddət keçinəcəksiniz, ya az bir bəhrə görəcəksiniz».
Ya Peyğəmbər, zövcələrinə de: «Əgər siz dünya həyatını və onun bər – bəzəyini istəyirsinizsə (və Peyğəmbərin evinin mövcud vəziyyətindən narazısınızsa), onda gəlin sizi (mehriyyələrinizi, yaxud ondan artığını verməklə) bəhrələndirim və gözəl bir tərzdə (təlaq verməklə) azad edim».
Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik.
Möminlərə müjdə ver ki, onlar üçün (dünyada və axirətdə) Allah tərəfindən böyük bir lütf və bəxşiş vardır.
Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır.
Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (sarı və qara rəngə düşdüyü) gün (onlar) deyərlər: «Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!»
Ölümü onun üçün (o, əsaya söykənmiş halda olarkən) qərara aldıq (və onu öldürdük). Yalnız yerdə hərəkət edən onun əsasını yeyən bir qurd (taxtabiti) onları (ailəsini və cinləri) onun ölümündən xəbərdar etdi. (Süleyman) yerə yıxılanda (qeyb elmini bilmək iddiasında olan) cinlər başa düşdülər ki, əgər qeybi bilsəydilər, o alçaldıcı əzabda qalmazdılar. (Uzun müddət müti halda artıq çoxdan dünyasını dəyişmiş sultanın hüzurunda durmazdılar.)
Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonundək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.
Və (yada sal) o günü ki, onların hamısını (ibadət edənləri və ibadət olunanları) toplayacaq, sonra da mələklərə deyəcək: «Bunlar (dünyada) sizəmi ibadət edirdilər?»
De ki: «Haqq (İslam dini) gəldi. Batil (şirk və bütpərəstlik təsirini itirdi, çünki onlar) nə (öz işlərindən və dünya işlərindən) bir şeyə başlayar və nə də (bir şeyi) yeniləşdirər».
Onlar (qəbirdə, ya Qiyamətdə) deyərlər: «Biz ona (Qur’ana) iman gətirdik». Amma uzaq bir yerdən əlləri (imana və tövbəyə) necə çata bilər?! (Dünyadan o aləmə yol yaxın və oradan isə dünyaya yol uzaqdır).
Və (aqibətdə) onların və meylləri və iştahları çəkən şeylər (dünya ləzzətləri) arasında (ölümün vasitəsilə) ayrılıq salındı, necə ki, bundan öncə onların bənzərləri barəsində edilmişdi. Çünki onlar (axirət aləmi barəsində) tərəddüdlü və qaranlıq bir şəkk-şübhə içərisində idilər.
Ey insanlar, şübhəsiz, Allahın (dirilmək və cəza barədə olan) vədi haqdır, belə isə məbada dünya həyatı(nın zahiri görünüşü və ləzzətləri) sizi aldatsın ! Və məbada o çox hiyləgər olan (Şeytan) sizi Allah(ın möhlət verməsi və bağışlamasıy)la aldatsın!
Əgər onları çağırsanız sizin dəvətinizi eşitməzlər və əgər eşitsələr (mələklər, cinlər və bəşər müqəddəsləri kimi tanrılar) sizə cavab verməzlər (cavab vermək qüdrətləri yaxud cavab vermək haqları yoxdur) Qiyamət günü şərikliyinizi inkar edəcəklər və heç kəs səni (dünyada və axirətdə onların halından) agah və xəbərdar olan Allah kimi xəbərdar etməz.
Günah yükü ilə yüklənmiş heç kəs digərinin günah yükünü götürməz (heç kəs dünyada başqasının işinə görə cəzalanmaz və axirətdə də onun cəzasını çəkməyə məruz qalmaz). Əgər günahla yüklənmiş bir kəs onun günah yükü(nü daşımaq) üçün başqasını hətta yaxın qohumunu çağırsa, o yükdən heç bir şey daşınmaz. Sən ancaq öz Rəbbindən gizlində qorxan və namaz qılan kəsləri qorxudursan. Və kim (əqidə, əxlaq və əməldə) paklıq axtarsa, ancaq öz xeyrinə paklıq axtarar. Hamının dönüşü Allahadır.
Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir».
Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq.
481 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
25 Səhifə