Əş-Şuəra surəsi - Ayə 116 #26:116 Dedilər: «Ey Nuh, əgər (bu dəvətdən) əl çəkməsən, mütləq daşqalaq olunanlardan olacaqsan».
Əş-Şuəra surəsi - Ayə 118 #26:118 «Odur ki, mənimlə onların arasında aydınlaşdıran bir hökm çıxar, mənə və mənimlə birgə olanlara nicat ver».
Əş-Şuəra surəsi - Ayə 119 #26:119 Beləliklə onu və onunla birlikdə (insanlar, heyvanlar və azuqə ilə) dolu olan gəmidəkiləri xilas etdik.
Əş-Şuəra surəsi - Ayə 121 #26:121 Həqiqətən, də, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti Haqqa iman gətirən deyildilər.
Əş-Şuəra surəsi - Ayə 122 #26:122 Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
Əş-Şuəra surəsi - Ayə 124 #26:124 O zaman (qəbilə) qardaşları Hud onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?!»
Əş-Şuəra surəsi - Ayə 127 #26:127 «Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
Əş-Şuəra surəsi - Ayə 128 #26:128 «(Siz) hər bir uca məkanda əbəs yerə və əyləncə xatirinə bir bina ucaldıb var-dövlət nişanəsimi edirsiniz?»