"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
Onun yoldaşı (olan şeytan) deyər: «Ey Rəbbim! Onu itatəsizliyə mən vadar etmədim, lakin o özü uzun-uzadı bir azğınlıq içərisində idi. (Mən yalnız dəvət etdim, o da öz xoşu ilə qəbul etdi.)»
(Allah) buyurar: «Mənim hüzurumda bir-birinizlə dava-dalaş salmayın. Mən sizə əvvəlcədən (peyğəmbərlər və səma kitabları vasitəsi ilə) əzab vədi vermişdim.» (Hamıya lazım olan dəlil sübutlar təqdim edilib və hamının cinayəti aydınlaşıb.)
(Kafirlərin cəhənnəmin odunu olmaları barəsində Lövhi-Məhfuzda yazılmış) o (qəti) söz Mənim yanımda əsla dəyişilməz (deyilənin əksi olmaz və onun hökmü ləğv edilməz) və Mən bəndələrə əsla zülm edən deyiləm.
Və (yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: «Doldun?» Və (axirət aləminin tərkib hissələri şüura və danışma qabiliyyətinə malik olduğu üçün) o deyər: «Daha artıq varmı?» (Yəni, yenə yerim var və ya yerim yoxdur.)
Və Cənnəti təqvalılara (aralarında) məsafə olmadan çox yaxınlaşdırarlar.
(Onlara deyilər:) Bu sizə vəd olunandır. (Bu, dünyada) Allaha çox könül verən və (yaradanın və yaranmışların hüquqlarını) qoruyan hər bir kəs üçündür.
Orada onlar üçün istədikləri (hər bir) şey vardır. Bizim yanımızda (onların təsəvvür və istəklərindən xaric) daha artıq (nemətlər) mövcuddur.
Şübhəsiz, bunda (bu əhvalatlarda, oyaq) qəlbi olan və ya (həqiqətlərə qəlbi ilə) şahid olaraq qulaq asan kəs üçün bir öyüd-nəsihət vardır.
Həqiqətən Biz göyləri, yeri və bu ikisinin arsında olanları altı gündə (yaxud altı gecə-gündüzdə və ya altı mərhələdə) yaratdıq və Bizə heç bir inciklik və yorğunluq üz vermədi (yenidən diriltmək də belə olacaqdır).
Buna görə də onların (peyğəmbərliyin inkarı, rübubiyyətdə şirk və qiyamətin təkzib edilməsi barəsində) dediklərinə səbr et və günəş çıxandan qabaq və onun batmasından öncə öz Rəbbini həmd-səna ilə birlikdə pak sifətlərlə mədh et (hər bir eyb və nöqsandan pak bil, yəni sübh, zöhr və əsr namazlarını qıl).
Carçının (İsrafilin sur ilə ikinci dəfə, dağılmış bütün bədənlərə nisbətdə eyni ölçüdə) yaxın yerdən car çəkəcəyi gün qulaq as (və həmin nidanı gözlə)!
Onlar (oradan Allaha doğru) tələsərkən yerin onların üzərindən yarılacağı gün. Bu (diriltmək və hüzurumuza gətirmək), Bizim üçün asan bir toplamadır.
Biz onların (kafirlərin təkzib, istehza, şirk və məadın inkarı barəsində) dediklərini daha yaxşı bilirik və sən onlara hakim deyilsən (ki, iman gətirərək Allaha təslim olmağa zorla vadar edəsən). Odur ki, Mənim hədələrimdən qorxan kəsə bu Qur’an vasitəsi ilə öyüd-nəsihət ver.
And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!
(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,
And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə