Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

(Onlar) Dedilər: «Biz bütlərə ibadət edirik və daima onlarla birgəyik, onların dərgahlarına başımızı qoyuruq».
(İbrahim) dedi: «(Onları) Çağırdığınız zaman səsinizi eşidirlərmi (və istəyinizi yerinə yetirirlərmi)?»
«Şübhəsiz, aləmlərin Rəbbindən başqa onların hamısı mənim düşmənimdirlər (çünki onlar, özlərinə ibadət edənləri cəhənnəmlik edənlərdir, aləmlərin Rəbbi isə belə deyildir)».
«Mənə gələcək nəsillər arasında gözəl bir ad, xatirə, doğru danışan bir dil və (mənə) haqqa doğru bir dəvət edən ver».
«Atamı bağışla! O, azanlardan oldu. (Azər İbrahimin qayınatası və ya əmisi idi, atası Tarox isə Allahın təkliyinə inananlardan idi.)
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə