Bəlkə (cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb) ibrət götürəsiniz deyə, hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq.
(Ya Peyğəmbər! Onlara de: Tovhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam.
Odur ki, həqiqətən (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə də (onu) Məndən tələsik istəməsinlər.
Yazılmış kitaba (Qur’ana, yaxud Lövhi-Məhfuza, yaxud Tövratın lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməli salehlərin içərisində iman yazılmış nəfs kitablarına, ya da ki, qiyamət günü hər bir bəndənin əməllərinin yazıldığı əməl dəftərinə)!
Ona daxil olun və yanın. Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.