"y" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "y" üzrə 5697 ayə tapıldı.
(Ya peyğəmbər!) Onlar(ın iman gətirməmələrinə və inadkarlıqların)a görə qəm yemə və etdikləri məkr və hiylələrə görə ürəyini sıxma (çünki, Biz səni qoruyuruq).
De: «Bəlkə də tələsik istədiyinizin (iki tərəf arasında hakim olan əzabın) bir hissəsi sizin arxanızcadır. (Bədr döyüşü günü yetişər)».
(Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükr etmir.
ylərdə və yerdə elə bir gizlin şey yoxdur ki, açıq – aydın kitabda (Lövhi - məhfuzda) təsbit edilmiş və yazılmış olmasın.
Həqiqətən, bu Qur’an İsrail övladlarına ixtilafda olduqları şeylərin əksəriyyətini (Üzeyirin və İsanın övladlığı, Məsihin qətli və bəzi yeməklərin haramlığı kimi) xəbər verir.
Həqiqətən, sənin Rəbbin onların (İsrail övladlarının arasında Qiyamət günü ixtilafda olduqları bütün məsələlərə dair) Öz hökmü ilə hakimlik edəcəkdir. O, qüdrətli, qalib və (hər şeyi) biləndir.
Belə isə, Allaha təvəkkül et. Sən, şübhəsiz (din, kitab və mərifətlər baxımından) açıq – aydın haqq yoldasan.
Sən (o) korqəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə görə) iman gətir(ə bil)ənlərə eşitdirə bilərsən. Elə buna görə də (fitrətlərinə uyğun olaraq onlar Bizim müqabilimizdə) təslimdirlər.
(Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri, nə zaman və necə çıxması, bu sözün əsl həqiqəti və ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır).
(Yada sal), hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar(ın ilki və sonuncuları) bir yerdə cəm edilər və tutulub saxlanılar.
Hazır olduqları zaman (Allah) buyurar: «Mənim nişanələrimi onlara elminiz çatmadığı halda təkzib və inkarmı etdiniz? Yaxud siz nə edirdiniz (Mənim ayələrimlə necə rəftar edirdiniz)?»
Və etdikləri zülmlərə görə onlar barəsində mütləq olan əzab sözü yerinə yetirilər. Onlar heç danışa da bilməzlər. (Bu üç ayənin məzmunu da Qiyamətdən öncə olacaq hadisələrin sirlərindəndir).
Məgər, gecəni rahatlıqları üçün yaratdığımızı və gündüzü (iş-güclə məşğul olmaları üçün) işıqlı etdiyimizi görmədilərmi? Həqiqətən bunda (bu yaradılışda) iman gətirən bir tayfa üçün (qüdrət və hikmətdən) nişanələr vardır.
(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər.
(O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki, onlar buludun keçdiyi kimi hərəkət edərlər. (Bu) hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. (Başlanğıc aləmində görülən işin möhkəmliyinin tələbi də bir gün aləmin dağılması və nəticə aləminin yaranmasıdır). Həqiqətən O, etdiklərinizin hamısından xəbərdardır. (Və həmin gün haqq-hesab soruşulacaqdır).
Hər kəs yaxşı əməllə gəlsə, (əvəzində) daha yaxşı (mükafat) onundur (onu gözləyir). Onlar həmin gün qorxu və dəhşətdən amandadırlar.
Və hər kəs pis əməllə gəlsə, üzü üstə oda atılacaq (və onlara deyiləcəkdir:) «Məgər etdiklərinizdən qeyrisinə görəmi cəzalandırılırsınız?»
5697 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
285 Səhifə