Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

(Sonra, Salehin duası ilə dağdan dişi bir dəvə çıxdı və Saleh) dedi: «Bu dişi bir dəvədir. (Bu bulağın) suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir».
«Ona heç bir ziyan yetirməyin ki, Böyük günün əzabı sizi yaxalayar» (dünyada hamılıqla əzab və ya Qiyamət əzabı).
Beləliklə, (vəd olunmuş) əzab onları yaxaladı. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. nların əksəriyyəti haqqa iman gətirən deyildi.
«Mən bunun (risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
«Və Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edirsiniz?! (Günahınız kiçik deyil). Siz (xilqət və fitrət yolundan, şəriət çərçivəsindən) həddi aşan tayfasınız.»
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə