Əş-Şuəra surəsi - Ayə 173 #26:173 Onların başlarına (daşdan) bir yağış yağdırdıq. (Xəbərdarlığa əhəmiyyət verməyən) qorxudulanların yağışı pis bir yağış idi!
Əş-Şuəra surəsi - Ayə 174 #26:174 Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) var və onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
Əş-Şuəra surəsi - Ayə 175 #26:175 Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlarla) mehribandır.
Əş-Şuəra surəsi - Ayə 177 #26:177 O zaman Şüeyb onlara dedi: «(küfr və şirkinizdən) çəkinmirsinizmi?!»
Əş-Şuəra surəsi - Ayə 180 #26:180 «Mən bunun (bu risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
Əş-Şuəra surəsi - Ayə 181 #26:181 «(Alış-veriş zamanı) tərəzi qabını dolu verin (ölçüdə düz olun). Ziyan vuranlardan olmayın».
Əş-Şuəra surəsi - Ayə 183 #26:183 «İnsanların mallarını əskik verməyin və yer üzündə fəsad törədən hərəkət etməyin».
Əş-Şuəra surəsi - Ayə 184 #26:184 «Sizi və sizdən önc(Onlar): «Həqiqətən, sən cadu olunmuşlardansan»–dedilər.əki qövmləri yaradandan qorxun».
Əş-Şuəra surəsi - Ayə 186 #26:186 «Sən yalnız bizim kimi bir insansan. Həqiqətən, biz səni yalançılardan hesab edirik.»
Əş-Şuəra surəsi - Ayə 187 #26:187 (Və istehza məqsədilə dedilər:) «Əgər doğru danışanlardansansa, onda göyün parçalarını üstümüzə endir».
Əş-Şuəra surəsi - Ayə 188 #26:188 (Şüeyb) dedi: «Mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir (Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir)».
Əş-Şuəra surəsi - Ayə 189 #26:189 Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.
Əş-Şuəra surəsi - Ayə 190 #26:190 Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
Əş-Şuəra surəsi - Ayə 191 #26:191 Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib və (itaətkarlarla) mehribandır.