"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr.
Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq.
Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risaləti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?!
(Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!
Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ibrət götürmürsünüz?!
Biz onu, yada salmaq (Qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik.
Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir.)
Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qur’andır.
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə