"insan" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "insan" üzrə 603 ayə tapıldı.
Sudan (nütfədən) insan yaradan və onu nəsəb və səbəb əlaqələri (vasitəsi, hər bir insanın öz qan qohumları ilə olan nəsəb əlaqələri, eləcə də həyat yoldaşının qohumları ilə sonradan yaranan səbəb əlaqələri) sahibi edən Odur. Sənin Rəbbin həmişə hər şeyə qadirdir.
Süleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı və dedi: «Ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) bizə verildi. Həqiqətən, bu, həmin açıq-aşkar fəzilətdir».
Süleymanın cin, insan və quşlardan ibarət olan qoşunu (döyüşə çıxmaq, ya hərbi hazırlıq üçün) toplandı. Qoşunun əvvəlinin və axırının birlikdə olması üçün hamısını bir yerə yığdılar.
Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Lutun ailəsini öz cəmiyyətinizdən çıxarın, çünki onlar təmiz qalmaq istəyən insanlardır (və sizin əməlinizdən uzaq olmaq istəyirlər)».
(O şəriklərmi yaxşıdır,) yoxsa yeri (insanlar üçün) sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maneə qoyan kəs?! (Dənizə oxşar olan çayların dənizlə kəsişdiyi yerdə, geniş bir ərazidə şirin su ilə duzlu su arasında bir divar yaratdı ki, bir-birləri ilə qarışmasınlar)? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! (Xeyr) Onların əksəriyyəti bilmirlər.
(Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükr etmir.
(Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri, nə zaman və necə çıxması, bu sözün əsl həqiqəti və ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır).
(Musa Fironun qəsrindən) şəhərə əhalisi xəbərsizkən (istirahət vaxtı) daxil oldu. İki nəfərin bir-birilə vuruşduğunu gördü. Biri onun tərəfdarlarından idi, o biri düşmənlərindən. Tərəfdarlarından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Belə olduqda Musa bir yumruq vuraraq onu öldürdü, dedi: «Bu (dava) Şeytan əməlindəndir, həqiqətən, (Şeytan insanı) açıq-aşkar zəlalətə salan bir düşməndir».
Beləliklə (Musa) hər ikisinin düşməni olan kəsi yaxalamaq istədikdə (o düşmən qibti, yaxud onun tərəfdarı olan sibti Musanın onu vurmaq istədiyini zənn edərək) dedi: «Ey Musa, dünən bir nəfəri öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən?! Sən yer üzündə yalnız zülmkar və hökmran olmaq istəyirsən, islahedici (insanları islah edən) olmaq istəmirsən».
Musa dedi: «Mənim Rəbbim Onun tərəfindən (insanlara) düz yola dəvət gətirən kəsi(n halını) və bu evin (gözəl) aqibətinin kimə məxsus olacağını daha yaxşı bilir. (Dünya evinin gözəl aqibəti axirət evinin xoşluğudur). Şübhəsiz, zalımlar nicat tapmazlar».
Lakin Biz silsilə dövrlərdə bir sıra cəmiyyətlər yaratdıq, (onların) ömürləri çox uzun oldu (onların xəbərləri köhnəldi və dəyişdi. Biz o xəbərləri indi sənə vəhy edirik). Sən Mədyən əhalisi içində yaşamırdın ki, Bizim ayələrimizi bunlara (Məkkə müşriklərinə öz gördüklərini) söyləyəsən. Lakin Biz göndərənik (peyğəmbərləri göndərir və keçmişdəkilərin xəbərlərini onlara vəhy edirik ki, insanlara söyləsinlər).
(İki səmavi kitaba iman gətirib əməl etməyə) səbr etdikləri üçün onlara iki dəfə muzd veriləcəkdir. Onlar (danışıqda və əməldə) yaxşılıq etməklə (insanların) pisliyi(ni) və əziyyətləri(ni) uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən (ehtiyacı olanlara) sərf edərlər.
Biz öz yaşayışlarında tüğyan və təkəbbür edən neçə-neçə insan toplumlarını məhv etdik. Budur onların özlərindən sonra yalnız az bir hissəsində yaşayış olan yurdları. (Yalnız səfərə çıxmış şəxslərin müvəqqəti yaşayış yeridir). (Onlara) Biz varis olmuşuq.
(Qarun) dedi: «Həqiqət budur ki, bu mal – dövlət məndə olan elm (Tövrata, kimyagərliyə, ticarətə və əkinçiliyə yaxşı bələd olmaq) sayəsində mənə verilmişdir». Məgər o (Qarun) Allahın ondan öncə (gəlmiş) ondan da qüvvətli, sərvətli və sayca çox olan insan cəmiyyətlərini məhv etdiyini bilmirdimi? Və (əzab nazil olan zaman) əsla günahkarlardan günahları barədə soruşulmayacaq (Allahın əzabı qəfildən nazil olacaqdır).
603 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
31 Səhifə