"y" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "y" üzrə 5697 ayə tapıldı.
Allahın vədidir, Allah əsla Öz vədinə xilaf çıxmaz, lakin camaatın əksəriyyəti (bunu) bilmir (Allahı tanımır və Allah barəsində vədə xilaf çıxmaq məsələsinin qeyri – mümkün olduğunu bilmir).
Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər.
Və məgər onlar öz – özlüklərində Allahın göyləri və yeri və o ikisinin arasındakıları yalnız haqq ilə (əql əsasında olan yüksək hədəf və məqsəd üçün) və yalnız məhdud və müəyyən bir müddət üçün yaratdığını fikirləşmədilərmi? Və şübhəsiz, insanların əksəriyyəti öz Rəbbi ilə görüşü (ölümdən sonrakı həyata inanmırlar) inkar edir.
Məgər onlar yer üzündə gəzib – dolanmadılarmı ki, görsünlər onlardan öncəkilərin aqibəti necə olmuşdur? Onlar bunlardan daha qüvvətli idilər və torpağı (əkinçilik, bağçılıq və s. üçün) şumlamış və bunların abad etdiklərindən çox abad etmişdilər. Peyğəmbərləri onlara (tovhid, peyğəmbərlik və məad barədə) aydın dəlillər gətirdilər, (lakin inkar və təkziblərinin cəzası olaraq məhv oldular), beləliklə Allah onlara zülm edən deyildi. Lakin onlar özləri-özlərinə zülm edirdilər.
Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu.
Allah məxluqları əvvəlcə yaradır, onları (öldürdükdən sonra, axirət günündə) yenidən dirildir. O zaman siz Ona (Onun Cənnətinə, ya Cəhənnəminə) tərəf qaytarılacaqsınız.
Qiyamət qopacağı gün (əqidələri fəsadlı olan) günahkarlar sərgərdan, (məxluqatın köməyindən və Haqqın rəhmətindən) naümid olarlar.
Onlar üçün öz şəriklərindən (bütlərdən) şəfaətedicilər olmayacaqdır. (Onlar) öz şəriklərini inkar edəcək və onlara ibadət etmələrini danacaqlar.
Qiyamətin qopacağı gün – məhz o gün – hamı bir-birlərindən ayrılacaq (cinlər adamlardan, insanlar şeytanlardan, möminlər kafirlərdən və yaxşı iş görənlər pis iş görənlərdən).
Lakin kafir olub Bizim ayələrimizi və axirət görüşünü təkzib edənlər (Cəhənnəm) əzab(ın) a gətiriləcəklər.
ylərdə və yerdə (ixtiyari və qeyri-ixtiyari) həmd-səna Ona məxsusdur. (Günün bütün vaxtlarında həmd-səna Ona məxsusdur, xüsusi ilə) əsr zamanı (əsr namazını qılmaqla) və zöhr zamanı (günorta namazını qılmaqla).
Allah dirini ölüdən (bitkiləri dənlərdən, toxumlardan, heyvanları və adamları nütfələrdən, mömin nəsli kafirdən) çıxarır və ölünü diridən (dənləri, toxumları bitkilərdən, nütfələri heyvanlardan, kafir nəsli mömindən) çıxarır. O, yeri (və onda olan maddələri) (soyuq fəsildə) öldükdən sonra (isti fəsildə) dirildir və siz də (qəbirlərinizdən) beləcə çıxarılacaqsınız.
(Sizin ilk baba və nənənizi vasitəsiz olaraq), sizi (bir neçə vasitə ilə) torpaqdan yaratması, sonra da sizin (saysız-hesabsız) bir bəşər (dəstəsi) olub daim (yer üzünə) yayılmağınız Onun (tovhid və qüdrət) nişanələrindəndir.
Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.
ylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun nişanələrindəndir. Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müxtəlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.
Sizin gecə və gündüz (beynin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan) yuxunuz və Onun fəzlindən (ruzi və yaşayış ehtiyaclarını təmin etmək üçün imkanlar) aramanız da Onun nişanələrindəndir. Şübhəsiz, bunda (iki halda: istirahət və çalışmada) eşidən bir qövm üçün nişanələr (ibrətlər) vardır.
(Şimşəyi və) ildırımı qorxu və ümid üçün (viran olmaq qorxusu və yağışa olan ümid) sizə göstərməsi və göydən (yağış, qar və dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi də onun nişanələrindəndir. Həqiqətən, bunda (suyun nazil olması və bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət və hikmətinə dair) nişanələr vardır.
Onun nişanələrindən (biri) budur ki, göyyer (məhdud bir müddətədək) Onun mütləq iradəsi ilə durmaqdadır. (Canlıları öldürdükdən və torpaq altına apardıqdan sonra) sizi bircə dəfə yerin altından səsləməklə (surun ikinci dəfə üfürülməsi ilə) qəfildən sizin hamınız (torpağın köksündən) çıxarsınız.
ylərdə və yerdə olan hər kəs (və hər şey) Ona məxsusdur (Onun həqiqi mülküdür, çünki yaradılış, qoruma, idarəetmə və məhv etmək Onun iradəsi ilədir və) hamısı Onun müqabilində itaətkar və əmrinə boyun əyəndirlər.
5697 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
285 Səhifə