"Z" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Z" üzrə 5453 ayə tapıldı.
İki dəniz (dənizə oxşar olan böyük çaylar və dənizlər) əsla bir-biri ilə eyni deyildir. Bunun biri pak, şirin və susuzluğu yatırandır nuşcanlıqla içilir o birisi duzlu (şor) və acıdır. Onların hər birindən təzə ət (balıq və sairə) yeyirsiniz və taxdığınız zinətləri çıxarırsınız. Allahın lütfündən və nemətindən (ruzi) axtarmağınız üçün gəmiləri orada dənizin köksünü yara –yara üzən görərsən. Bəlkə şükr edəsiniz. (Geniş və əhatəli olan insan ruhu mömində və kafirdə hər ikisi xeyir işlər və bəşərə xidmətlər göstərsələr belə iman və əxlaqi faydalar və həqiqət baxımından eyni deyildir.)
(Allah) gecəni gündüzə qatar, gündüzü də gecəyə qatar (tədriclə və yer kürəsinin əyilməsilə birini azaldar və digərinə artırar). O, günəşi və ayı (Öz əmrinə) ram etmişdir (onların) hər biri (özünün məxsus perpendikulyar və dairəvi hərəkətində) müəyyən bir müddət üçün hərəkət edər. Budur sizin Rəbbiniz olan Allah. Hər bir şeyin həqiqi mülkiyyəti və varlıq aləminin hakimiyyəti Ona məxsusdur. Onun yerinə çağırdıqlarınız həqiqətdə xurma çərdəyinin qabığına belə malik deyildirlər.
Əgər onları çağırsanız sizin dəvətinizi eşitməzlər və əgər eşitsələr (mələklər, cinlər və bəşər müqəddəsləri kimi tanrılar) sizə cavab verməzlər (cavab vermək qüdrətləri yaxud cavab vermək haqları yoxdur) Qiyamət günü şərikliyinizi inkar edəcəklər və heç kəs səni (dünyada və axirətdə onların halından) agah və xəbərdar olan Allah kimi xəbərdar etməz.
Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil).
Günah yükü ilə yüklənmiş heç kəs digərinin günah yükünü götürməz (heç kəs dünyada başqasının işinə görə cəzalanmaz və axirətdə də onun cəzasını çəkməyə məruz qalmaz). Əgər günahla yüklənmiş bir kəs onun günah yükü(nü daşımaq) üçün başqasını hətta yaxın qohumunu çağırsa, o yükdən heç bir şey daşınmaz. Sən ancaq öz Rəbbindən gizlində qorxan və namaz qılan kəsləri qorxudursan. Və kim (əqidə, əxlaq və əməldə) paklıq axtarsa, ancaq öz xeyrinə paklıq axtarar. Hamının dönüşü Allahadır.
zülmətlə nur (cəhalət, küfr, əxlaq və əməl çirkabları ilə elm, iman və fəzilətləri eynidir).
Nə də kölgə ilə yandırıcı isti (gözəl mükafatlar və şiddətli cəzalar da eyni olmaz).
Və (iman əhli olan beyin və qəlb) dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə (dinin dəvətini qəbul etdikdən sonra dini və insani təkamül yollarını) eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən.
Sən yalnız bir qorxudansan (hələlik döyüşə əmr olunmamısan və onların qəlbini eşitdirməyə də məmur deyilsən).
Həqiqətən, Biz səni haqla (əqlə, hikmətə, rəhmətə və xilqətin tam quruluşuna uyğun olaraq möminlərə) müjdəverici və (kafirləri) qorxudan (peyğəmbər) olaraq göndərdik. Elə bir ümmət olmamışdır ki, onların içindən qorxudan bir (peyğəmbər, yaxud onun məsum vəsisi və ya saleh bir alim) gəlib-getməmiş olsun.
Və əgər səni təkzib etsələr (təəccüblü olmaz), həqiqətən, onlardan qabaq olanları (Allah rəsullarını) da təkzib etdilər, halbuki peyğəmbərləri onlara möcüzələr və (peyğəmbərliyin) aydın dəlillər(ini) və (məsləhət, nəsihət və ürfan) yazılar(ı) və (şəriətin) aydınlıq bəxş edən (yayan) kitab(ını) gətirmişdilər.
Sonra isə kafir olanları cəza olaraq yaxaladım, belə isə (bax gör ki,) Mənim onlara qarşı rəftarım necə oldu?
Məgər Allahın göydən suyu (yağış, qar və dolu şəklində) nazil etdiyini görmürsənmi?! Biz onun vasitəsilə (yerdən) müxtəlif növlü, sinifli və rəngli meyvələr çıxartdıq? Dağlardan müxtəlif rəngli ağ, qırmızı, qara rəngli yollar (yer kürəsinin üzərindəki dağlardan rəngarəng silsilələr və dağlarda da rəngarəng yollar yaratdıq).
İnsanların, heyvanların və davarların da müxtəlif növ və rənglərdə olanları vardır. (Bəli, Allahın qüdrət və hikməti) belədir. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır.
Şübhəsiz, Allahın kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki,
Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin və Öz lütfündən onlar(ın mükafatların)ı artırsın. Çünki, O, çox bağışlayan, (qədir bilən) və təşəkkür (şükr) edəndir.
(Ya Peyğəmbər!) Kitabdan sənə vəhy etdiyimiz özündən əvvəlkiləri (səmavi kitabları və İlahi şəriətləri) təsdiq edən bir haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır və onları görəndir.
Sonra Biz bu kitabı bəndələrimizdən (sonuncu ümmət və İslam əhli olaraq) seçdiklərimizə miras verdik. Onlardan bəzisi (ümmətin günahkarları) özünə zülm edər, bəzisi (ümmətin adilləri və əməli-saleh adamları) mötədil, bəzisi isə (Qur’anın varisləri olan ümmətin məsumları) Allahın (yaradılış) izni ilə bütün xeyirlərdə irəli keçənlərdir. (Bəli) bu, (kitab mövcudluğu, məsumların və əməli-saleh şəxslərin varlığı ümmət üçün) böyük lütfdür.
Daxil olacaqları əbədi Cənnətlər (onların mükafatıdır), orada qızıl bilərziklər və incilərlə zinətlənərlər. Orada libasları da ipəkdən olar.
5453 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
273 Səhifə