Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Şübhəsiz, sən (küfr və inad) ölülər(in)ə (heç nəyi) eşitdirə bilməzsən, öz dəvətini arxa çevirib, dönüb gedən karlara yetirə bilməzsən.
Və sən qəlbləri ölmüş kəsləri öz azğınlıqlarından düz yola yönəldən deyilsən; sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə əsasən) Bizim ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən, buna görə də (onlar fitri qabiliyyətlərinə görə də Bizim müqabilimizdə) təslimdirlər.
Allah sizi bir zəifdən və qüdrətsizdən (zəif bir varlıqdan–nütfədən) yaratdı, (sizin üçün) zəiflik və gücsüzlükdən sonra (həddi-büluğa yetişdikdən qocalıq çağına kimi fikri və cismi) qüvvə və güc verdi və yenə də (sizdə) qüdrətdən sonra gücsüzlük və qocalıq bərqərar etdi. (Bəli,) O, istədiyini yaradır və Odur (hər şeyi) bilən və qüdrət sahibi.
Və Qiyamət qopacağı gün günahkarlar and içəcəklər ki, (dünyada, yaxud öldükdən sonra) yalnız bircə saat qalmış (və ölümlə dirilmə arasında heç bir fasilə olmamışdır). Onlar(ın dünyada da) bu cür (səhv edib) azırdılar.
Elm və iman verilmiş kəslər (peyğəmbərlər, övliyalar və mələklər) isə deyərlər: «Siz, şübhəsiz, Allahın kitabına (Lövhi-Məhfuz və Qur’ani-Məcidə) əsasən (o aləmdə) dirilmə gününə qədər qaldınız. Budur dirilmə və Qiyamət günü. Lakin siz (Bərzəx aləmini keçirəcəyinizi) bilmirdiniz (və Qiyamətin haqq olduğuna inanmırdınız).
Beləliklə o gün zülm edənlərin üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onlardan üzr diləmələri istənilməyəcəkdir.
Biz bu Qur’anda insanlar üçün hər cür məsəl çəkdik (lakin ayılmadılar) və əgər onlar üçün (aydın) bir nişanə gətirsən, kafir olanlar mütləq deyəcəklər: «Siz yalnız batil əhli və boş danışanlarsınız».
Allah bilməyənlərin (tovhid və din elminə yiyələnməyənlərin) qəlblərinə beləcə (bədbəxtlik və anlamazlıq) möhür(ü) vurar.
(Ya Peyğəmbər! Onların hədələri və hiylələri müqabilində) sən səbr et. Şübhəsiz, Allahın vədi (ümmətin qələbəsi, kitabın yayılması və dininin bütün dünyaya şamil olması və əbədiliyi) haqdır və (Allahın vədlərinə) yəqinləri olmayanlar, səni yüngüllüyə (səbirsizliyə) və iztiraba vadar etməsinlər.
Əlif, Lam, Mim. (Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Eyni zamanda bir möcüzədir. Bu kitab Əlif (Allah) tərəfindən Lamın (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)
Bu (surənin) ayələr(i) hikmətamiz kitabın ayələridir (Qur’anın, yaxud Lövhi-Məhfuzun ayələridir. O, elmlərə, şəriət hökmlərinə və müstəqil əqli məfhumlara şamildir).
Onlar öz Rəbbi tərəfindən (din mərifətləri və insani kamallara doğru gedən) doğru bir yol üzərindədirlər və nicat tapanlar da onlardır.
İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar.Onların rüsvayedici bir əzabı olacaqdır.
Bizim ayələrimiz (kitabımızın ayələri) ona oxunduğu zaman təkəbbürlə üz çevirir, elə bil onu eşitmir, elə bil hər iki qulağında ağırlıq vardır! Belə isə (ya Peyğəmbər!) sən də ona ağrılı bir əzabla müjdə ver!
(Onlar) Orada həmişəlik qalacaqlar; (bu) Allahın haqq və sabit vədidir. (O,) yenilməz qüdrət və (dünyada dini qanunlar çıxarmaq və axirətdə cəzanı tətbiq etməkdə) hikmət sahibidir.
(Allah) göyləri görə bilməyəcəyiniz bir sütunla yaratdı və (yer zəlzələlər ilə) sizi yırğalamasın deyə yerdə sabit, möhkəm dağlar bərqərar etdi və ora hər növ canlılardan yaydı. (Biz) göydən (yağış, qar və dolu şəklində) su nazil etdik, beləliklə yerdə gözəl və dəyərli bitkilərin hər cütündən bitirdik.
Bunlar Allahın yaratdıqlarıdır, (siz də) Mənə Allahdan başqalarının (Allahın şəriki hesab etdiklərinizin) nə yaratdığını göstərin. (Onlar heç bir şey yaratmamışlar), xeyr, bu zalımlar açıq-aşkar azğınlıq içindədirlər.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə