"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).
Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri baxımından) nizama saldı.
O gün insan səy ilə etdiyi işləri (şəxsi əməl dəftəri və ümumi Lövhi – Məhfuz vasitəsilə) yadına salacaqdır,
Həqiqətən, sən ancaq ondan (Qiyamətdən) qorxanları çəkindirənsən. (Etiqad bəsləməyə vadar edən və qarşı çıxanlara cəza verən deyilsən).
Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir).
O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)
Yaxud (haqq sözü eşitməklə) öyüd – nəsihət alacaq və bu öyüd – nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə