(Allah bununla ümmətlərin) doğru danışanlarından (cəza günü mükafat vermək üçün) doğruluqlarını xəbər alsın. O, kafirlər üçün ağrılı bir əzab hazırlamışdır.
Quran Kərim Axtarışı
Bütün Quran ayələrinin axtarışı
Quranda Axtarış Edin
Populyar Axtarışlar
60 açar söz
Allah
2426
əhli-beyt
4
insan
603
ibrahim
150
axirət
351
Hidayət
191
Musa
230
insanlar
353
Məryəm
128
peyğəmbər
706
Cəhənnəm
200
Nisa
416
iman
639
Yəhudi
63
ata
326
Muhəmməd
63
qiyamət
280
Cihad
74
mələklər
209
Namaz
119
isa
536
Qur’an
234
Mömin
239
Əl
4804
Əzab
578
ruzi
133
Bəqərə surəsi
293
övlad
201
kafirlər
260
cənnət
163
salam
55
mələk
245
Cəhənn
200
Ailə
66
iman gətirənlər
165
elm
220
tövbə
194
Kişi
197
möminlər
161
Şeytan
124
Yaradılış
164
zalım
151
Əl-
2942
Tövrat
90
qadın
156
zövcə
83
əqidə
99
Müşriklər
150
ölüm
149
Furqan
78
Adəm
47
təqva
110
təqvalı
87
Bəqərə
293
ya
3735
Allah yolunda
79
Başçı
43
İsra
195
Ətir
802
Zəkat
38
Ey iman gətirənlər, (Əhzab döyüşündə müxtəlif ərəb qəbilələrindən olan çoxlu) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq və güclü) külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir.
Əl-Əhzab surəsi - Ayə 10
#33:10
O zaman (şəhərinizin) yuxarı və aşağı tərəfindən sizə üz tutmuşdular. O zaman gözlər (qorxunun şiddətindən bayılmış adamların gözləri kimi) əyilmiş və ürəklər ağıza gəlmişdi və (siz) Allah (barəsində) nalayiq gümanlara düşmüşdünüz.
Əl-Əhzab surəsi - Ayə 11
#33:11
(Məhz) o zaman möminlər imtahan edilmiş və möhkəm sarsılmış, iztiraba düçar olmuşdular.
Əl-Əhzab surəsi - Ayə 12
#33:12
Və (yada sal) o zaman(ı) ki, münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi) olanlar deyirdilər: «Allah və Rəsulu bizə aldadıcı vəddən başqa bir şey verməmişdir».
Əl-Əhzab surəsi - Ayə 13
#33:13
Və (yada sal), o zaman onlardan bir dəstə dedi: «Ey Mədinə əhli, (bu meydan) sizin qalmaq yeriniz deyildir odur ki, (öz şəhərinizə) qayıdın» (yoxsa hamınız öldürüləcəksiniz). Bir dəstə isə: «Bizim evlərimiz qoruyucusuzdur» deyib Peyğəmbərdən qayıtmaq izni istəyirdilər, halbuki (evləri) qoruyucusuz deyildi, onlar ancaq (cihaddan) qaçmaq istəyirdilər.
Əl-Əhzab surəsi - Ayə 14
#33:14
Və əgər «əhzab» (dəstələr) Mədinənin ətrafından (töklüşüb) onların evlərində, başlarının üstünü alıb onlardan dinlərindən əl çəkmələrini istəsəydilər, mütləq bunu qəbul edərdilər və yalnız azca ləngiyərdilər.
Əl-Əhzab surəsi - Ayə 15
#33:15
Halbuki, onlar bundan öncə (İslamı qəbul etdikləri andan döyüşdə düşmənə) arxa çevirməyəcəkləri haqda Allahla əhd-peyman bağlamışdılar. Allahın əhd-peymanı barədə mütləq sorğu-sual olunar.
Əl-Əhzab surəsi - Ayə 16
#33:16
De: «Əgər ölümdən, yaxud öldürülməkdən qaçırsınızsa, qaçmağınız əsla sizə heç bir fayda verməz. Belə olan surətdə (dünyada) yalnız az bir müddət keçinəcəksiniz, ya az bir bəhrə görəcəksiniz».
Əl-Əhzab surəsi - Ayə 17
#33:17
De: «Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar».
Əl-Əhzab surəsi - Ayə 18
#33:18
Şübhəsiz, Allah sizin içərinizdən (başqalarını), döyüşdən saxlayanları və öz (həmməslək) qardaşlarına «Bizə tərəf gəlin (döyüşə getməyin)» – deyənləri də tanıyır, döyüşə onların ancaq azı gələr.
Əl-Əhzab surəsi - Ayə 19
#33:19
Onlar sizə qarşı xəsisdirlər (sizə kömək etməkdən və sizin məqsədiniz uğrunda mal sərf etməkdən çəkinərlər) və elə ki, hər hansı bir qorxu üz verər, onların ölüm halında bihuş olmuş (bayılmış) adam kimi (qorxudan) gözlərinin hədəqəsində dolanaraq sənə tərəf baxdıqlarını görərsən. Elə ki, qorxu aradan gedər, sizi acı və iti dilləri ilə sancarlar. Onlar (qələbə nəticəsində qənimətdən sizə yetişən) xeyirə xəsisdirlər. Onlar (həqiqətdə) iman gətirməmişlər. Buna görə də Allah onların bütün (yaxşı) əməllərini puça çıxartmışdır. Bu, (iş) Allah üçün asandır.
Əl-Əhzab surəsi - Ayə 20
#33:20
(Qorxaq münafiqlər) elə bilirlər ki, «əhzab» (dəstələr Mədinənin ətrafından hələ də) getməmişlər (və buna görə də qorxu və vahimə içərisindədirlər). Əgər «əhzab» (dəstələr) (yenidən) qayıtsa(lar), onlar səhrada bədəvilər arasında olmalarını istərlər ki, sizin (döyüş barədə) xəbərlərinizi soruşalar. Əgər sizin aranızda da olsaydılar az bir qismi döyüşərdi.
Əl-Əhzab surəsi - Ayə 21
#33:21
Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.
Əl-Əhzab surəsi - Ayə 22
#33:22
Möminlər «əhzabı» (və düşmən qoşunlarını) gördükdə dedilər: «Bu, Allahın və Rəsulunun bizə verdiyi vədidir və Allah və Rəsulu düz buyurmuşlar». (Bunları görmək) onların yalnız imanlarını və itaətini artırdı.
Əl-Əhzab surəsi - Ayə 23
#33:23
Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzrlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər.
Əl-Əhzab surəsi - Ayə 24
#33:24
(Bu imtahanlar ona görə baş verir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə – əgər istəsə – əzab versin, yaxud (tövbə etdikləri təqdirdə) onlara nəzər yetirsin (tövbələrini qəbul etsin). Çünki Allah daim bağışlayan və rəhm edəndir.
Əl-Əhzab surəsi - Ayə 25
#33:25
Və Allah kafir olan kəsləri onlar hirsli və qəzəbli olduqları, heç bir mala və qələbəyə nail olmadıqları halda geri oturtdu və möminlərin döyüş çətinliyini (aradan) qaldırdı. Allah daim güclüdür, qüdrətli qalibdir.
Əl-Əhzab surəsi - Ayə 26
#33:26
Allah kitab əhlindən (Bəni – Qüreyzə kimi) onlara (kafirlərə) kömək edənləri, öz hasarlarından (qalalarından) endirdi, qəlblərinə qorxu və vəhşət saldı. Siz (onlardan) bir qismini öldürür, bir qismini də əsir alırdınız.
Əl-Əhzab surəsi - Ayə 27
#33:27
Allah onların yerlərini, evlərini, mallarını və (Xeybər torpağı kimi) ayağınız dəyməyən torpağı irs olaraq sizə verdi. Allah daim hər şeyə qadirdir.
6236
Tapılan Ayə
6236
Ümumi Ayə
114
Sürə Sayı
312
Səhifə