"y" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "y" üzrə 5697 ayə tapıldı.
(Bu surə və bu kitab boynunda şər’i vəzifə olan bütün bəndələrə) ümumi rəhmət və (bütün iman gətirənlərə) xüsusi mərhəmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.
(Bu,) elm əhli olan bir dəstə üçün ərəbcə bir Qur’an halında ayələri ayrılaraq müfəssəl açıqlanmış (kəlmələri surə və ayələrə bölünmüş və məzmunu dinin hökmləri, axirət təlimləri və dünyəvi elmləri əhatə edən) bir kitabdır.
Və dedilər: «Qəlblərimiz sənin bizi çağırdığın şey üçün örtülüdür, qulaqlarımızda ağırlıq var və bizimlə sizin aranızda (ədavət, inad, həmçinin əqidə və üslüb fərqi) pərdə(si) mövcuddur. Buna görə də sən öz işini gör, biz də mütləq (sənə qarşı) fəaliyyətdəyik.»
De: «Mən (də) sizin kimi yalnız bir bəşərəm (nə mələyəm, nə cin, lakin) mənə vəhy olunur ki, sizin yeganə məbudunuz bir olan məbuddur. Buna görə də (əqidə və əməllərinizdə) Ona tərəf üz tutun və Ondan bağışlanma diləyin. Vay olsun müşriklərə!»
De: «Siz doğrudan yer (kürəsin)i iki gündə (iki gündüzə və ya iki gecə-gündüzə bərabər zamanda, yaxud iki mərhələdə, məsələn maye və donmuş mərhələlərində) yaradana kafir olur və Ona şərik qoşursunuz? (Halbuki) aləmdəkilərin Rəbbi Odur!»
O, yer üzərində sabit və möhkəm dağlar qoydu və ona xeyir-bərəkət verdi və onun (insan, heyvan, bitki və sairədən ibarət varlıqlarının) azuqələrini (yaradılış təbiətləri ilə) istəyənlər üçün (azuqənin verilməsi baxımından) bərabər olan dörd gündə (dörd fəsildə) təyin etdi.
(Yerin yaradılışından) sonra (Allahın qəti iradəsi, əsas maddəsi) tüstü olan göyə yönəldi. Beləliklə ona və yerə buyurdu: «İstər-istəməz (vücuda) gəlin!» (Allah qəti iradə ilə həmin tüstünün göylər olmasını, yerin isə bərəkətli olmasını və həmin qidaları hazırlamasını istədi.) O ikisi (özlərinin halları və zatı məğlubiyyətlə) dedilər: «İstəyərək gəldik.»
Beləliklə onları iki gündə (yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir.
Beləliklə əgər üz döndərsələr, de: «Sizi Ad və Səmudun (bu qövmlərin) ildırımı kimi bir ildırımla (göydən gələn qorxunc nə’rə, od və külək kimi ölümə səbəb olan bəla ilə) qorxutdum.»
Özlərindən qabaqkı və sonrakı peyğəmbərlər onların yanına gələndə «Allahdan başqasına ibadət etməyin!» (dedilər). (Ayədən belə məlum olur ki, bütün peyğəmbərlər hamının peyğəmbərləridir və sanki onlara bu sözü peyğəmbərlərin hamısı deyiblər.) Onlar dedilər: «Əgər bizim Rəbbimiz (bizim iman gətirməyimizi) istəsəydi, mütləq, mələklər göndərərdi. Buna görə də biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik.»
(Hud peyğəmbərin qövmü) Ada gəldikdə isə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və dedilər: «Kim bizdən daha güclüdür?» Məgər onlar (qəlb gözü ilə) özlərini yaradan Allahın onlardan güclü olmasını görmədilər? (Əslində) onlar (batini yəqinlikləri ola-ola) Bizim nişanələrimizi inkar edirdilər.
Beləliklə onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün nəhs günlərdə çox soyuq və uğultulu bir külək göndərdik. Əlbəttə, axirət əzabı daha alçaldıcıdır və (həmin gün) onlara əsla kömək edilməyəcəkdir.
(Saleh peyğəmbərin qövmü) Səmuda yolu göstərdik. Lakin onlar qəlbikorluğu doğru yoldan üstün tutdular. Beləliklə qazandıqları günahların cəzası olaraq onları alçaldıcı əzab ildırımı vurdu.
Və (yada sal) o gün(ü) ki, Allahın düşmənlərini (qəbirlərdən və müxtəlif yerlərdən) oda tərəf toplayacaqlar. Beləliklə onların birincisindən sonuncusunadək (hamısı bir yerə) toplanılacaqlar.
Nəhayət onların hamısı oda çatanda ətləri, gözləri və bədənlərinin dəriləri onlara qarşı, (dünyada) etdiklərinə (dünyada görüb şahid olduqlarına) şəhadət verərlər.
Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?» (Dəriləri) deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf qaytarılırsınız.»
Siz (dünyada günah edən zaman) qulaq, göz və dərilərinizin sizə qarşı şəhadət vermələrindən (qorxub) gizlənmir, (yalnız insanlardan gizlənirdiniz və) Allahın sizin (camaatdan gizlin) etdiklərinizin çoxunu bilməməsini güman edirdiniz.
Rəbbiniz barəsində olan bu gümanınız (küfr və itaətsizliyin davam etdirilməsi ilə) sizi həlak etdi və beləliklə, ziyana uğrayanlardan oldunuz.
5697 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
285 Səhifə