Əbəsə surəsi - Ayə 23 #80:23 Belə deyildir. (İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükr etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam – kamal surətdə) yerinə yetirməmişdir.
Əbəsə surəsi - Ayə 24 #80:24 Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!
Əbəsə surəsi - Ayə 26 #80:26 Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq.
Əbəsə surəsi - Ayə 27 #80:27 Beləliklə orada dən (müxtəlif və saysız – hesabsız növlərdə dənli bitkilər) bitirdik;
Əbəsə surəsi - Ayə 33 #80:33 Beləliklə, qulaqları kar edən o nə’rə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda,