"Zikr" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Zikr" üzrə 53 ayə tapıldı.
Məgər göylərdə və yerdə olan hər bir kəsin, həmçinin (göydə) qanad aç(ıb uç)an quşların Allahı pak sifətlərlə mədh etmələrini (qəlb gözü ilə) görmürsən?! Onların hər biri (xilqətdə verilmiş bacarığı və istəyi ilə) öz dua, itaət, namaz və zikrini bilmişdir. Allah onların etdiklərini bilir.
«Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur’anın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qur'andan) yayındırdı.» Şeytan insanı həmişə xar edib və (indi də) edir.
Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar.
Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.
Şübhəsiz, Allah (kəlmeyi şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!
Həqiqətən, (Biz) Davuda Öz tərəfimizdən bir lütf və rəhmət əta etdik (belə ki, dağları və quşları ona ram etdik və dedik:) «Ey dağlar və ey quşlar, onunla birgə Allahı zikr etməkdə səs-səsə verin;» həmçinin dəmiri onun üçün yumşaltdıq ki,
(And olsun) Zikri (Qur’anı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki,
Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı,
Və quşları onun ətrafına toplayıb (ona təslim etdik). (Dağ və quşların) hər biri (onun zikr avazı ilə) Allaha tərəf çox qayıdırdılar.
Dedi: «Mən cihad atlarını Rəbbimi yada salmaq üçün sevirəm.» (Onun başı atlara tamaşa etməyə qarışdı və) nəhayət onlar gözdən itdilər (yaxud günəş batdı). [Yaxud: O, atlara tamaşa etməklə məşğul oldu və duasının vaxtı keçdi və] dedi: «Mən (bilmədən) atların sevgisini Rəbbimin zikrindən üstün tutdum, nəhayət günəş batdı. (Deməli mən daha üstün əməli tərk etdim.)»
Allahın təkliyi zikr edilən zaman axirətə imanı olmayanların qəlblərində ikrah və nifrət yaranar. Ondan qeyriləri (bütlər) yada salınan zaman isə birdən sevinərlər.
(Göndərdik) ki, (siz insanlar) Allaha və Onun elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, böyük sayıb ehtiram göstərəsiniz və səhərlər və axşamlar Onu zikr edərək hər bir eyb və nöqsandan paklıqla xatırlayasınız.
Göylərdə və yerdə olanların hamısı Allahı (dil və hal ilə) zikr edir və O, yenilməz qüdrət sahibi və mətindir və (yaradılış və şəriət mərhələsində) gözəl yaradandır.
O (hər bir şeyi təqdir və ölçü əsasında) yaradan, (bir-birindən fərqli, lakin yaradılışının kamilliyi baxımından isə bir-birinin eyni olan varlıqları) yoxdan var edən, (hər bir şeyə müxtəlif şəkillərdə) surətlər bəxş edən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olan hər bir şey (dillə və hal ilə) Onu zikr edirlər. O qüdrət və hikmət sahibidir.
Göylərdə və yerdə olan hər bir şey Allahı (dil və hal ilə) zikr edir. O, yenilməz qüdrət sahibi, (yaradılış və şəriət mərhələsində) mətin və gözəl yaradandır.
Göylərdə və yerdə nə varsa (hamısı), (bütün varlıq aləminə) hökmran, (hər bir eyb və nöqsandan) pak, yenilməz qüdrət sahibi və (yaradılış mərhələsində) gözəl yaradan, (şəriətdə) mətin olan Allaha daim (dil və hal ilə) zikr edir.
Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir.
53 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
3 Səhifə