"iman" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "iman" üzrə 639 ayə tapıldı.
Ey iman gətirənlər, sizin qullarınız və həddi-buluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar: Sübh namazından qabaq, günorta paltarlarınızı çıxardığınız zaman və işa namazından sonra ki, (həmin) üç vaxt sizin xəlvət vaxtlarınızdır. Bundan (həmin üç vaxtdan) sonra sizə və onlara (icazəsiz daxil olmaq) günah deyildir, (çünki) onlar həmişə (ünsiyyət zərurəti üzündən) sizin ətrafınıza dolanırlar (və yaxud sizin bir-birinizlə işiniz olur, get-gəl edirsiniz və hər dəfə icazə almaq çətindir). Allah ayələri (hökmlərini) sizə bu cür bəyan edir. Allah bilən və hikmət sahibidir.
(Həqiqi) möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş və (məsləhət, müharibə, cümə namazı və bayram tədbirləri kimi) mühüm ictimai işdə onunla birlikdə olanda icazə almayınca onun yanından getməyən kəslərdir. Allaha və Onun Peyğəmbərinə imanı olanlar səndən icazə istəyənlərdir. Buna görə də əgər bəzi işlərinə görə səndən icazə istəsələr, onlardan istədiyin kəsə icazə ver və Allahdan onlar üçün bağışlanmaq dilə. Allah çox bağışlayan və mehribandır.
Biz (onların küfr halında) etdikləri (sədəqə, xalqa xidmət, xeyirli ixtiralar və bu kimi yaxşı) əməllərə üz tutacaq və onları (havada) dağınıq toz-torpaq edəcəyik. (Çünki Allah mükafatı kiminsə haqqı olduğu üçün deyil, Öz lütfü ilə verir. Bundan əlavə, elə dünya nemətlərinin özü mükafatdır. Axirət nemətlərindən bəhrələnmək isə imanın olması şərti ilə mümkündür.)
(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır.
Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər,
(Müşriklərə) de: «Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi. Çünki həqiqətən siz (Onun ayələrini) təkzib etdiniz. Buna görə də (bu təkzib) tezliklə (sizin üçün) ayrılmaz və daimi bir əzab olacaqdır.»
Həqiqətən, bunda (Bizim tovhidimiz, qüdrətimiz və rəhmətimizə dair) bir əlamət vardır. Amma onların əksəriyyəti (fitrətlərinin çirkinliyi ucbatından) iman gətirməmişlər və (bundan sonra da) iman gətirməyəcəklər.
Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan və birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».
«Həqiqətən, biz umuruq ki, Rəbbimiz – ilk iman gətirənlər olduğumuza görə günahlarımızı bağışlasın».
Həqiqətən, də bunda (bu hekayətdə Allahın tovhidi, qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Onların (müşriklərin) əksəriyyəti haqqa iman gətirən deyildilər.
Həqiqətən, də, bunda (bu hekayətdə Allahın qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Halbuki onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
Həqiqətən, də, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti Haqqa iman gətirən deyildilər.
Beləliklə onu (Hudu) təkzib etdilər və Biz də onları həlak etdik. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
Beləliklə, (vəd olunmuş) əzab onları yaxaladı. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. nların əksəriyyəti haqqa iman gətirən deyildi.
Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) var və onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
Qur’anı (Peyğəmbər, ya o əcəm) onlara oxusaydı, əsla ona iman gətirməzdilər (və deyərdilər: «Əcəm dilində olan Qur’an hara, ərəb milləti hara?»)
639 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
32 Səhifə