"Əzab" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əzab" üzrə 578 ayə tapıldı.
(Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?» Yalnız əsl ağıl sahibləri ibrət götürərlər.
Onlar üçün başlarının üstündə oddan «kölgəliklər», həmçinin ayaqlarının altında (aşağıdakı təbəqənin odundan) «kölgəliklər» vardır. Allahın Öz bəndələrini qorxutduğu budur (bu əzabdır). Ey Mənim bəndələrim, Məndən qorxun!
Məgər (azğınlığına və itaətsizliyinə görə Allahın əzəli elmində və Lövhi-Məhfuzda) barəsində əzab kəlməsi gerçəkləşmiş və təsbit olmuş kəs (nicat tapacaq)? Məgər sən odda (od içərisində) olan kəsə nicat verə bilərsən?!
Buna görə də məgər Qiyamət günü (əlləri bağlı olduğu üçün) pis və çətin əzabdan öz üzü ilə qorunan kəs (əzabdan amanda olan kəs kimidir)?! Zalımlara deyiləcək: «Dadın əldə etdiyiniz günahların cəzasını və ya həmin əməllərin gerçək təzahürü olan əzabı!»
Bunlardan qabaqkılar da (öz peyğəmbərlərini) təkzib etdilər. (Allahın) əzab(ı) ehtimal etmədikləri yerdən onlara gəldi.
Beləliklə Allah (suda batırmaq, göydən gələn qorxunc səs, zəlzələ, daş yağışı və məsx etmək – surətlərini dəyişdirib çirkin bir hala salmaq – vasitəsi ilə) dünya həyatında onlara xarlıq və zillət daddırdı. Şübhəsiz, axirət əzabı daha böyükdür, əgər bilsəydilər!
Əgər yer üzündə olanlar və onun daha bir misli (küfr etməklə özlərinə) zülm etmiş kəslərin olsa, şübhəsiz, Qiyamət günü hamısını özlərini əzabın pislik və çətinliyindən qurtarmağa fəda edərlər. Onlar üçün Allah tərəfindən güman etmədikləri (şiddətli əzab) zahir olacaqdır.
Onlar üçün pis əməllər və əməllərinin cəzası zahir olacaq və onları (dünyada) istehza etdikləri şey (Qiyamətin çətinlikləri və cəhənnəmin müxtəlif əzabları) bürüyəcəkdir.
Həqiqətən bu sözü onlardan qabaqkılar (Qarun və onun yoldaşları) da demişdilər. Lakin əldə etdikləri (mallar) onlardan (Allahın əzabından) bir şeyi dəf etmədi.
Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun.
Özünüzün də xəbəriniz olmadan qəfil əzab sizə yetişməmişdən öncə Rəbbiniz tərəfindən sizə nazil edilən ən gözəl şeylərə (əqidə və əməl barəsindəki vacibata və mənəvi fəzilətlərə) tabe olun.
Yaxud da (məbada kimsə) «əgər Allah məni doğru yola yönəltsəydi mütləq təqvalılardan olardım» desin. 58. Yaxud (məbada) əzabı görən zaman «ey kaş qayıda və yaxşılardan ola biləydim!» desin.
Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu.»
(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!»
Bu (əzablar) ona görədir ki, Allah tək çağırılan zaman siz (Onun birliyinə) küfr edirdiniz və ona şərik qoşulanda (həmin şeyə) iman gətirirdiniz. Buna görə də hakimlik uca məqamlı və böyük Allaha məxsusdur.
Məgər onlar yer üzündə gəzmədilərmi ki, özlərindən qabaqkıların işlərinin sonunun necə olmasını görsünlər? Onlar (qabaqkılar, insan) qüvvə(si və mal-dövlət) və yer üzündəki mövcudluq nişanələri (qala, şəhər və tikililəri) baxımından bunlardan daha çox və daha güclü idilər. Allah onları günahlarına görə cəzalandırdı və onları Allah(ın əzabın)dan bir qoruyan (da) olmadı.
Onun (həmin cəzanın) səbəbi bu idi ki, peyğəmbərləri onlara həmişə (tovhid və özlərinin peyğəmbərlikləri barəsində) aşkar dəlillər gətirir, lakin onlar küfr edirdilər. Beləliklə Allah onları əzabla yaxaladı. Həqiqətən O, qüvvətli və ağır cəza verəndir.
578 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
29 Səhifə