Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Təkəbbür göstərənlər deyərlər: «Biz hamılıqla buradayıq. Həqiqətən Allah bəndələrinin arasında hökmünü vermişdir (və bir nicat yolu yoxdur).»
Od içində olanlar Cəhənnəmin gözətçilərinə deyərlər: «Rəbbinizi çağırın bu əzabı bizdən (heç olmasa) bir gün yüngülləşdirsin.»
(Gözətçilər) deyərlər: «Məgər peyğəmbərləriniz (dünyada) sizə aydın dəlillər gətirmirdilər?» Onlar deyərlər: «Bəli!» (Gözətçilər) deyərlər: «Belə isə (Allahı özünüz) çağırın və (bilin ki,) kafirlərin çağırışları yalnız azğınlıqda olacaqdır.»
Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl) şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik.
(Həmin) o gün(də) ki, zalımlara üzrxahlıqları fayda verməyəcəkdir. Onlar üçündür (Allahın) lənət(i) və onlar üçündür xoşagəlməz ev!
Həqiqətən Biz Musaya hidayət (vasitəsi olan Tövrat kitabı, səhifələr, din və möcüzələr) verdik və İsrail övladlarını həmin kitabın varisi etdik.
Buna görə də səbr et ki, Allahın (sənin qalib gələcəyin və dininin yayılacağı barəsindəki) vədi mütləq haqdır. Günahının bağışlanmasını dilə və Rəbbini vəsf etməklə yanaşı Onu səhər-axşam pak sifətlərlə mədh et!
Şübhəsiz, bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edən kəslərin sinələrində (vasitəsi ilə öz məqsədlərinə) çatmayacaqları (haqqı qəbul etmək müqabilində) təkəbbür (göstərmək)dən başqa bir şey yoxdur. Buna görə də Allaha pənah apar. Çünki Odur (hər şeyi) eşidən və bilən!
Göylərin və yerin yaradılışı şübhəsiz ki, insanların yaradılışından (onların ölümdən sonra dirildilmələrindən) daha böyük və mühümdür. (Buna görə də ona gücü çatanın buna da gücü çatar.) Lakin insanların çoxu bilmir.
Korla görən, həmçinin iman gətirərək yaxşı işlər görən kəslərlə günahkar (insan) əsla bir deyildir. (Lakin) çox az ibrət götürürsünüz.
Qiyamət günü mütləq gələcəkdir (və əqli və nəqli dəlillər baxımından) onun baərsində bir şübhə yoxdur. Lakin insanların çoxu iman gətirmir.
Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar.»
Allah gecəni onda asayiş və rahatlıq tapmağınız üçün yaradan, gündüzü isə (işlə məşğul olmağınız üçün) işıqlı edəndir. Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir, lakin insanların çoxu şükr etmirlər.
Sizin Rəbbiniz hər şeyin yaradanı olan, Ondan başqa bir məbud olmayan bu Allahdır. Belə isə (Ondan) hara və necə döndərilirsiniz?!
Daim Allahın (tovhid) ayələrini inkar edənlər (haqdan) beləcə (sənin qövmün kimi) döndərilirlər.
Allah yeri sizin üçün yaşayış yeri və göyü (müxtəlif bərəkətləri sizə nazil olsun deyə başınızın üzərində) bina edən, sizi şəkillərə salan və surətlərinizi gözəl edən və sizə (var-dövlət, övlad və həyat yoldaşı kimi maddi və ağıl, elm və din kimi mənəvi) paklardan ruzi verəndir. Sizin Rəbbiniz bu Allahdır. Buna görə də aləmlərin Rəbbi olan Allah müqəddəs və bol xeyir-bərəkətlidir.
(Zatən) diri (və əzəli və əbədi olan) Odur. Ondan başqa bir məbud yoxdur. Buna görə də etiqadı (şirkdən), itaəti (riyadan) və dini (bidətdən) saflaşdırıb Onu çağırın. Bütün həmd-sənalar(ın əsası və zatı) aləmlərin Rəbbinə məxsusdur.
De: «Rəbbim tərəfindən mənə aydın dəlillər gələn vaxtdan sizin, Allahın yerinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan edilib və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur.»
Sizi (baba və nənənizi ilk olaraq möcüzəvi şəkildə, onların nəsli olan sizləri isə ana bətninə daxil olmamışdan bir sıra mərhələləri keçərək) torpaqdan, sonra nütfədən, daha sonra laxtalanmış qan parçasından yaradan Odur. Sonra sizi (ana bətnindən) uşaq ikən çıxardır. Sonra öz (cismi və ruhi) kamal həddinizə çatasınız deyə (sizi diri saxlayır). Sonra qocalasınız deyə (sizi yaşadır). Sizdən bəzisi ondan (uşaqlıq, həddi-büluğ və qocalıq mərhələlərindən) qabaq vəfat edir. Və (bu möhlət) müəyyən müddətə (ilahi elmdən keçmiş və Lövhi-Məhfuzda qeyd edilmiş müddətə) çatmağınız üçündür və onun üçündür ki, (yaradılışın başlanğıcı və təkmül hərəkətinizin gedişi barəsində) düşünəsiniz.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə