Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

(Həyat sürmək qabiliyyəti olan hər şeyə) həyat verən və (vaxtında) öldürən Odur. Bir şeyi qəti şəkildə (yaratmaq) istəyəndə (həmin şey dərhal mövcud olur, sanki) ona yalnız «ol!» deyir, beləliklə o da olur.
Məgər Allahın (tovhidlə bağlı) ayə və nişanələri barəsində mübahisə və qalmaqal edənlərə baxmadınmı ki, onlar (aydın dəlillərdən) necə və hara döndərilirlər?
Bu kitabı və Bizim Öz peyğəmbərlərimizi ona görə (çatdırılmasına xatir) göndərdiyimiz şeyi (dini, hökmləri) təkzib və inkar edən həmin kəslər! Buna görə də tezliklə biləcəklər.
və Onun yerinə ibadət etdikləriniz?» Onlar deyəcəklər: «Onlar bizdən qeyb oldular. Ümumiyyətlə biz heç bundan əvvəl (də Allahdan başqa) əsla bir şeyi çağırmırdıq.» Allah kafirləri bu cür öz azğınlıqlarında boşlayır (ki, onlar Qiyamətdə də yalandan əl çəkmirlər).
Bu (əzab) yer üzündə nahaq yerə şənləndiyinizə görədir və həmçinin ona görədir ki, (günahla) lovğalanırdınız.
Cəhənnəmin (günahlarınıza əsasən təyin edilmiş) qapılarından daxil olun ki, orada əbədi qalacaqsınız. Təkəbbürlülərin yeri pis yerdir.
Buna görə də səbr et. Əlbəttə Allahın (onların məğlub və əzaba düçar olmaları barəsindəki) vədi haqdır. Əgər onlara vəd etdiyimizin bəzisini sənə göstərsək və yaxud (onlardan qabaq) sənin canını alsaq, onların hamısı Bizə tərəf qaytarılacaqlar (və sən axirətdə onların cəzasını görəcəksən).
Şübhəsiz, səndən əvvəl (də bəşər cəmiyyətinə) peyğəmbərlər göndərdik. Onların bəzisinin hekayətini sənə danışdıq və bəzisini danışmadıq. Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və möcüzə (yaxud bir əzab) gətirə bilməz (və bu ağıl baxımından da mümkün deyildir). Beləliklə (mələklərə hansısa bir millətin məhvi barəsində) Allahın əmri gələn zaman (onların arasında əməli şəkildə) haqq əsasında hökm olunar və orada batil düşünənlər, batil deyənlər və batilə meyl göstərənlər ziyana uğrayarlar.
Allah bəzisinə minəsiniz deyə heyvanları sizin üçün yaradandır (və onları sizə ram edəndir). Siz onlardan (onların ətindən) yeyirsiniz (də)!
Və onlarda sizin üçün (süd, yun, dəri, bala, peyin və onların alveri kimi) mənfəətlər vardır. (Həmçinin) onlarla (mallarınızı onların üzərinə yükləyib istədiyiniz yerə getməklə) ürəyinizdə olan ehtiyaclara çatmağınız üçün (yaratdı onları). Onların üstündə və gəmilərdə daşınırsınız.
(Allah) həmişə (dünyanın müxtəlif yerlərində və sizin özünüzdə) Öz (tovhid və əzəmət) nişanələrini sizə göstərir. Belə isə Allahın ayələrinin hansı birini inkar edirsiniz?!
Məgər onlar yer üzündə gəzmədilərmi, özlərindən qabaqkıların aqibətinin necə olmasını görsünlər? Onlar bunlardan daha çox, daha güclü və yer üzündə (saray, bina, çay, səd və bağlar kimi) daha çox mövcudluq nişanələrinə malik idilər. Lakin əldə etdikləri (Allahın əzabını) onlardan dəf etmədi.
Beləliklə peyğəmbərləri onlara aydın dəlillər gətirən zaman onlar özlərində olan (xarab əqidəyə və dünya işləri barəsindəki) elmə ürək qızdırdılar (və peyğəmbərlərin təlimlərini tərk etdilər). (Nəhayət) istehza etdikləri şey onlara yetişdi və onları bürüdü.
Bizim əzabımızı görəndə dedilər: «Tək olan Allaha iman gətirdik və (Allaha) qoşduğumuz şəriklərə kafir olduq.»
Lakin əzabımızı gördükləri zaman imanlarının onlara xeyir verməsi mümkün deyildi. (Bu,) Allahın (qədim zamanlardan) bəndələri barəsində (həyata) keçmiş qanunudur. Kafirlər orada ziyana uğradılar.
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
(Bu surə və bu kitab boynunda şər’i vəzifə olan bütün bəndələrə) ümumi rəhmət və (bütün iman gətirənlərə) xüsusi mərhəmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə