Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin.» O deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız.»
Biz sizə (siz insanlara dünyada) haqqı (din, kitab və ilahi maarifi) gətirdik, lakin sizin çoxunuzun haqqdan xoşu gəlmirdi.
Hətta (haqqa qarşı hiylə işlətməyi və ona qarşı çıxmağı) daha da artırdılar, Biz də (onlara qarşı hiylə və qəzəbi) artırdıq.
Yoxsa onlar Bizim onların ürəklərinin sirlərini və pıçıltılarını eşitmədiyimizi güman edirlər? Xeyir (eşidirik)! Bizim onların yanında olan elçilərimiz yazırlar.
De: «Əgər Rəhman Allahın övladı olsaydı, (onun övladlıq haqqını yerinə yetirmək və ibadətin vacibliyində atası ilə şərik olduğu üçün) mən özüm (ona) ilk ibadət edən olardım.»
Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların vəsf etdiklərindən (övladı olmaq, mələklərin Onun qızı olması, cism olması, üç hissəyə bölünmək və bu kimi sifətlərdən) pakdır!
Buna görə də onları boşla ki, onlara vəd edilən günlərini görənə kimi (küfr və itaətsizliklərində) batsınlar və başları (öz dünyaları ilə) oyuna qarışsın.
Göylərin, yerin və onların arasında olan (hər) şeyin həqiqi sahibi və hakimi olan Allah xeyir-bərəkətli və sabitdir. Qiyamətin baş vermə zamanını O bilir və Ona tərəf qaytarılacaqsınız.
Bunların Allahın yerinə çağırdıqları (bütlər, mələklər və bəzi insanlar Qiyamət günü) – (şəfaət etdiklərinin imanını və şəfaətə layiq olmasını) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə (şəfaət hüququna) malik olmayacaqlar.
Əgər onlardan (elə) onları(n özlərini) kimin yaratdığını soruşsan «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar yaradılışda deyil, rübubiyyətdə şirkə düçar olmuşlar.) Belə isə (haqdan) necə və hara döndərilirlər (və uluhiyyət və xaliqiyyəti rübubiyyətdən ayırırlar)?
(Allah Peyğəmbərin şikayətlənərək məyuscasına dediyi) «ey mənim Rəbbim! Həqiqətən bunlar iman gətirməyəcək bir dəstədirlər» sözü(nü bilir və ondan xəbərdardır).
(Ey Peyğəmbər!) Buna görə də onlardan üz döndər və de: «(Sağ-)salam(at)!» (Bu, onların dəvəti qəbul etmələrindən ümidi üzmək və buna görə də dəvəti tərk edərək döyüş üçün fürsət gözləmək mənasındadır.) Tezliklə (Mədinədə hökümət qurulduqdan sonra) biləcəklər.»
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimlik və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq.
Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Qur’anın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır).
Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq.
Rəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə