(O,) göylərin, yerin və o ikisinin arasında olanların Rəbbidir, əgər inanansınızsa!
Quran Kərim Axtarışı
Bütün Quran ayələrinin axtarışı
Quranda Axtarış Edin
Populyar Axtarışlar
60 açar söz
Allah
2426
Əl
4804
insan
603
ibrahim
150
axirət
351
Hidayət
191
Nisa
416
iman
639
insanlar
353
Musa
230
Əl-
2942
ata
326
Məryəm
128
isa
536
Cəhənnəm
200
mələklər
209
Yəhudi
63
qiyamət
280
Namaz
119
Cihad
74
Mömin
239
ya
3735
əhli-beyt
4
Muhəmməd
63
Bəqərə surəsi
293
mələk
245
ruzi
133
kafirlər
260
övlad
201
Ətir
802
salam
55
elm
220
iman gətirənlər
165
Cəhənn
200
zalım
151
tövbə
194
möminlər
161
Şeytan
124
Yaradılış
164
Ailə
66
Tövrat
90
Müşriklər
150
Kişi
197
əqidə
99
qadın
156
zövcə
83
Başçı
43
Qar
493
təqva
110
ölüm
149
peyğəmbər
706
təqvalı
87
Allah yolunda
79
Furqan
78
Bəqərə
293
Həmd
41
Uf
104
Adəm
47
cinlər
59
fəsad
69
Ondan başqa bir məbud yoxdur. (Yalnız O,) dirildir və öldürür. O, həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbidir.
Lakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar.
Əd-Duxan surəsi - Ayə 10
#44:10
Buna görə də (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə.
Əd-Duxan surəsi - Ayə 11
#44:11
O bütün insanları bürüyəcək. (Və deyiləcək:) «Bu ağrılı bir əzabdır.»
Əd-Duxan surəsi - Ayə 12
#44:12
(Hamı belə deyəcək:) «Ey Rəbbimiz! Bu əzabı bizdən dəf et ki, biz iman əhliyik.»
Əd-Duxan surəsi - Ayə 13
#44:13
Onlar üçün haradan və necə öyüd-nəsihət ola bilər, halbuki onlara (peyğəmbərliyi) aydın və (həqiqətlərə) aydınlıq gətirən elçi gəlmişdi?!
Əd-Duxan surəsi - Ayə 14
#44:14
Sonra onlar üz döndərərək dedilər: «O, (dediyi sözlərdə başqaları tərəfindən) öyrədilmiş və (onları Allaha nisbət verən) dəlidir.»
Əd-Duxan surəsi - Ayə 15
#44:15
Biz indi həmin əzabı (dünyadakılardan) bir az dəf edirik (və xatırladırıq) ki, siz mütləq (bir müddətdən sonra axirət əzabına) qayıdacaqsınız.
Əd-Duxan surəsi - Ayə 16
#44:16
(Həmin əzab kafirləri) ən böyük və ən ağır bir tərzdə əhatə edəcəyimiz gün (olacaqdır). Çünki Biz intiqam alanıq.
Əd-Duxan surəsi - Ayə 17
#44:17
Həqiqətən Biz onlardan qabaq Fironun qövmünü sınadıq və onlara möhtərəm bir peyğəmbər gəldi.
Əd-Duxan surəsi - Ayə 18
#44:18
(Və onlara dedi) ki: «Allahın bəndələrini (zülmə məruz qalmış İsrail övladlarını) mənə qaytarın. Həqiqətən mən sizin üçün etibarlı bir peyğəmbərəm.
Əd-Duxan surəsi - Ayə 19
#44:19
Və (digər bir tapşırıq) budur ki, Allaha qarşı təkəbbür göstərməyin. Çünki mən sizə aşkar bir dəlil-sübut gətirmişəm.
Əd-Duxan surəsi - Ayə 20
#44:20
Və əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım.
Əd-Duxan surəsi - Ayə 21
#44:21
Əgər mənə iman gətirmirsinizsə, onda məndən uzaqlaşın və məni tək qoyun.»
Əd-Duxan surəsi - Ayə 22
#44:22
(Lakin onun dəvətinin onlara xeyiri olmadı.) Buna görə də öz Rəbbini çağırdı ki: «Bunlar (o qədər) günahkar bir tayfadırlar (ki, hamılıqla ölümə layiqdirlər).»
Əd-Duxan surəsi - Ayə 23
#44:23
(Dedik:) «Belə isə Mənim bəndələrimi gecə yola çıxart. Çünki siz təqib edilirsiniz.
Əd-Duxan surəsi - Ayə 24
#44:24
Və (elə ki, dənizi sənin üçün yardıq və ondan keçdin) qoy dənizdəki geniş yol qalsın (və fironçular da həmin yola daxil olsunlar). Çünki şübhəsiz onlar qərq olunmağa məhkum bir ordudurlar.»
Əd-Duxan surəsi - Ayə 25
#44:25
Onlar (özlərindən sonra) nə qədər bağlar və bulaqlar qoyub getdilər.
Əd-Duxan surəsi - Ayə 26
#44:26
Və necə əkinlər və gözəl, nemət dolu mənzil və yerlər!
6236
Tapılan Ayə
6236
Ümumi Ayə
114
Sürə Sayı
312
Səhifə