"Z" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Z" üzrə 5453 ayə tapıldı.
Biz vaxtilə (Yəməndə – Səna yaxınlığındakı) o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər.
Halbuki, (öz fikirlərində meyvələrdən fəqirlər üçün heç bir şeyi) istisna etmirdilər və «inşallah» (əgər Allah istəsə) demirdilər.
«(Nəinki yalnız haqqın yolundan azmışıq, hətta) əslində biz (haqqın nemətindən və öz əkdiyimizdən də) məhrum olmuşuq!»
Onların orta yaşlısı, ən ağıllısı və düzgünü dedi: «Məgər sizə demədimmi ki, niyə Allahı (hər hansı bir nöqsandan və eyibdən) pak (və uzaq) bilmirsiniz?! (Allaha qarşı çıxmağı qərara almaqla əməli surətdə Onu aciz hesab etmiş olursunuz
«Ola bilsin ki, Rəbbimiz onun yerinə bizə ondan daha yaxşısını versin. Ona görə ki, bizim öz Rəbbimizə rəğbətimiz var».
5453 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
273 Səhifə