(Elə bir əzabdır ki,) «məaric» (bəndələrin əməllərinin və mələk dəstələrinin yuxarı qalxdığı səmavi dərəcələr; yaxud möminlərin mənəvi kamal dərəcələri; və yaxud mələklərin mənəvi dərəcələri; və ya Allah övliyalarının Cənnətdəki dərəcələri) sahibi olan Allahdandır.
Qohum qohuma göstərilər, (lakin dəhşətin şiddətindən bir-birlərinə fikir verməzlər,) günahkar arzu edər ki, kaş o günün əzabından (qurtarmaq üçün) fəda edə biləydi öz oğullarını,