"el" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "el" üzrə 1459 ayə tapıldı.
Onu almış misirli şəxs öz zövcəsinə dedi: «Onunla hörmətlə davran, bəlkə bizə bir xeyir verdi, ya onu övladlığa götürdük.» Və beləcə Biz Yusufa həmin diyarda imkan və məqam verdik. (Əlbəttə, hikmətlər və məsləhətlər əsasında belə etdik) və (həm də) ona görə ki, ona hədislərin yozumunu (mələklərin danışığı olan yuxuların yozumunu və peyğəmbərlərin hədislərinin mənalarını) öyrədək. Allah (varlıq aləminin idarə olunmasında) Öz işinə qalibdir və lakin insanların çoxu bilmirlər.
O, cismi və əqli qüvvələrinin yetkinlik və kamal həddinə çatanda, ona hakimlik qüdrəti, əqli maariflər, (keçmiş) şəriətlərin (Nuh və İbrahimin şəriətinin) elmlərini verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Doğrudan da o qadın (kam almaq üçün) ona tərəf hərəkət etdi və əgər Yusuf öz Rəbbinin dəlilini (özünün peyğəmbərlik məqamını və Allahın əzəmətini) görməsəydi, təbii olaraq o da (yaxınlıq etmək üçün) ona tərəf hərəkət edərdi (lakin dəlili görə-görə onun belə bir hərəkət etməsi qeyri-mümkün idi). [Və ya: O qadın (zina etmək üçün) ona tərəf hərəkət etdi. Əgər öz Rəbbinin dəlilini görməsəydi (Rəbbi onu səhnədən qaçmağa istiqamətləndirməsəydi) o da (müdafiə olunmaq məqsədi ilə onu vurmaq və ya öldürmək üçün) ona tərəf hərəkət edərdi.] Biz belə etdik ki, pisliyi (adam öldürməyi) və zina (ittihamı)nı ondan sovuşduraq. Həqiqətən o bizim seçilmiş bəndələrimizdən idi.
Beləliklə, (ağası) onun köynəyinin arxadan cırıldığını görəndə dedi: «Bu, siz qadınların məkr və hiyləsindəndir. Doğrudan da sizin (kişilərin ürəklərini cəlb etmək üçün) hiyləniz böyükdür.»
Beləliklə, (Əzizin arvadı) onların məkrli sözlərini eşidəndə, arxalarınca (adam) göndərdi və onlar üçün mütəkkə hazırladı. Hər birinin əlinə (meyvə soymaq üçün) bir bıçaq verdi və (salam vermək və qonaqlara qulluq etmək bəhanəsilə Yusufa) dedi: «Onların məclisinə çıx». Qadınlar Yusufu gördükdə onu böyük hesab etdilər və (gözəlliyinə elə valeh oldular ki,) əllərini bərk kəsdilər və (təəccüb və heyranlığın şiddətindən) dedilər: «Pakdır Allah! Bu, bəşər deyildir! Bu, yalnız möhtərəm bir mələkdir!»
Beləliklə, Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan dəf etdi. Həqiqətən O, eşidən və biləndir.
(Yusuf) dedi: «Sizin gündəlik yemək payınız sizə gəlib çatmamışdan qabaq mən sizə o yuxunun yozumunu xəbər verəcəyəm. Bu (yuxu yozmaq elmi) Rəbbimin mənə öyrətdiklərindəndir. Çünki mən Allaha imanı olmayan və axirətə kafir olan bir qövmün dinini tərk etmişəm.»
Dedi: «Yeddi il dalbadal, tam cidd-cəhdlə əkərsiniz. Beləliklə biçdiklərinizi, yediyiniz az bir hissə istisna olmaqla öz sünbülündə saxlayarsınız».
«Sonra bunun ardınca elə bir il gələr ki, onda camaatın dadına yetişilər və onlar yağış görərlər. Və onlar onda (süd üçün heyvanların döşlərini, şirə almaq üçün meyvələri və yağ düzəltmək üçün dənələri) sıxarlar».
Və şah dedi: «Onu mənim yanıma gətirin.» Beləliklə, onun elçisi Yusufun yanına gələndə (Yusuf) dedi: «Öz ağanın yanına qayıt və ondan soruş ki, əllərini kəsən qadınların məqsədi (və ittihamın mövzusu və mənim zindana düşməyimin səbəbi) nə idi? Əlbəttə, mənim Rəbbim onların məkr və hiyləsini biləndir!»
Və şah dedi: «Onu mənim yanıma gətirin özümə yaxın adam edim.» Beləliklə, onunla danışdıqdan (və onun ağlını, elmini və mənəvi keyfiyyətlərini gördükdən) sonra dedi: «Sən bu gün(dən) bizim yanımızda yüksək məqamlı və etibarlı şəxssən!»
Və beləcə Yusufa o ölkədə (elə) qüdrət və imkan verdik ki, o, oranın istədiyi yerində məskunlaşırdı. Biz öz rəhmətimizi istədiyimiz şəxsə yetiririk və yaxşı iş görənlərin mükafatını əsla zay etmirik.
elə ki, onları azuqə və səfər vasaiti ilə təchiz etdi, dedi: (Gələn dəfə) atabir o biri qardaşınızı da mənim yanıma gətirin. Məgər görmürsünüzmü mən ölçü qabını tam doldururam və qonaq qəbul edənlərin ən yaxşısıyam?»
«Odur ki, əgər onu mənim yanıma gətirməsəniz, mənim yanımda bir qab (ərzaq)ınız belə olmayacaq və mənə yaxınlaşmayın da!»
Beləliklə, atalarının yanına qayıdanda dedilər: «Ey ata! (Binyaminin bizimlə birgə olmayacağı təqdirdə) bizə ölçü (ərzaq satılması) qadağan edildi. Buna görə də qardaşımızı bizimlə göndər ki, ölçü (ilə ərzaq) alaq. Və biz onu mütləq qoruyarıq!»
Dedi: «Onu mütləq mənə gətirəcəyiniz barəsində ə hamılıqla bəla və müsibətə düçar olub həlak olmağınız istisna olmaqla l Allah tərəfindən mənə möhkəm bir əhd-peyman verməyincə, onu əsla sizinlə göndərmərəm». Beləliklə, elə ki, onunla möhkəm əhd-peyman bağladılar, dedi: «Allah bizim dediyimizə vəkil və şahiddir».
elə ki, atalarının əmr etdiyi yerdən daxil oldular, (bu iş) Allah tərəfindən qərara alınmış heç bir şeyi onlardan dəf etmirdi, yalnız Yəqubun ürəyində olan bir istəyi (həsədin, bədnəzərin və bədgümanın dəf olunmasını) həyata keçirdi. Əlbəttə, o (Yəqub, Allah tərəfindən verilmiş çoxlu) elm sahibi idi. Çünki onu Biz öyrətmişdik. Lakin (bütün dövrlərin) insanların(ın) çoxu (peyğəmbərlərin belə bir kamala malik olduqlarını) bilmirlər.
Beləliklə, elə ki, onları azuqə və səfər vəsaiti ilə təchiz etdi, (elə həmin ərzaq ölçüsü olan) su piyaləsini qardaşının yükünün içinə qoydu. Sonra bir carçı car çəkdi ki: «Ey karvan əhli, siz doğrudan da oğrusunuz». (Zahirdə məqsəd piyalənin oğurlanması idi, əslində isə onların Yusufu atasından oğurlamaları nəzərdə tutulurdu. Yaxud da belə deyilməsinin səbəbi məsləhət olan zəruri bir şey üçün yalan deməyin caiz olmasıdır.)
Qardaşlar dedilər: «Onun cəzası budur ki: Su qabı kimin yükünün içindən tapılsa, o özü onun cəzasıdır (oğru bir müddət mal sahibinin ixtiyarında qalır). Biz (oğurluq etməklə) zülm edənləri belə cəzalandırırıq».
Beləliklə, Yusuf axtarışa qardaşının qabından qabaq onların azuqə qablarından başladı, sonra piyaləni qardaşının qabından çıxartdı. Biz Yusuf üçün belə çarə qıldıq. Çünki şahın adət və qanununa görə onun, öz qardaşını Allahın (qanunun dəyişdirilməsi və ya yuxarıdakı yolun həyata keçirilməsi) istəyi istisna olmaqla tutub saxlaması düzgün deyildi. Biz istədiyimiz hər bir kəsi dərəcələrlə yüksəldirik. Hər bir elm sahibindən üstün daha bir bilikli vardır.
1459 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
73 Səhifə