Əl-Vaqiə surəsi - Ayə 34 #56:34 Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr.
Əl-Vaqiə surəsi - Ayə 35 #56:35 Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq.
Əl-Vaqiə surəsi - Ayə 41 #56:41 Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!)
Əl-Vaqiə surəsi - Ayə 42 #56:42 (Onlar içlərinə) nüfuz edən odun və qaynar suyun hərarəti (içərisi)ndə
Əl-Vaqiə surəsi - Ayə 45 #56:45 Həqiqətən onlar bundan əvvəl (dünyada) əyyaş nemət sahiblərindən idilər.
Əl-Vaqiə surəsi - Ayə 46 #56:46 Və həmişə (Allahın əhdlərinə qarşı) böyük vəfasızlıqlara israr edirdilər.
Əl-Vaqiə surəsi - Ayə 47 #56:47 Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!»