"a" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "a" üzrə 6213 ayə tapıldı.
Göylərdə və yerdə nə varsa (canlı və cansız varlıqların hamısı, hər biri öz dilində) Allahı pak sifətlərlə mədh edir. O yenilməz qüdrət və (xilqət və idarəetmədə) möhkəm yaradılış sahibidir.
Göylərin və yerin həqiqi mülkiyyəti və mütləq hakimiyyəti Ona məxsusdur. (Çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun ixtiyarındadır.) Öldürür və dirildir. O hər bir şeyə qadirdir.
O, əvvəl və axır (hamıdan əvvəl olan və hamıdan sonra qalan, səbəblər silsiləsinin əvvəli, nəticələrin döndüyü axır və son), (əlamətləri və sifətlərinin təzahürü baxımından) aşkar və (zatının həqiqəti baxımından) gizlindir. O, hər şeyi biləndir.
Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir.
Göylərin və yerin (yaradılması, qorunması, idarə və yox edilməsi Onun əlində olduğu üçün onların) həqiqi malik və sahibi Odur. Və (varlıq aləminin) bütün işlər(i və səbəblər silsiləsi səbəblər səbəbi olan) Ona tərəf qaytarılır.
Gecəni (qışın əvvəlindən yayın əvvəlinə kimi altı ay ərzində tədricən) gündüzə daxil edir və (digər altı ayda yayın əvvəlindən qışın əvvəlinə kimi) gündüzü (tədricən) gecəyə daxil edir. O, ürəklərdə olanı (bütün şüur sahiblərinin fikir, düşüncə və sifətlərini) biləndir.
Allaha və Onun peyğəmbərinə iman gətirin və sizi (özünün və keçmişlərin) canişin(i) etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin. Beləliklə sizdən iman gətirib (mallarını Allah yolunda) xərcləyənlərin (axirətdə) böyük mükafatı olacaqdır.
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmir (və ya imanınızın nişanələrini biruzə vermir)siniz? Əgər iman (istedad)ınız varsa, Allah sizdən (peyğəmbərlər və idrakınız vasitəsi ilə) əhd almışdır.
Sizi (şirk, küfr və itaətsizlik) qaranlıqlar(ın)dan (hidayət) nur(un)a tərəf çıxarmaq üçün həmişə Öz bəndəsinə (Muhəmmədə (s) ) ayə və aydın dəlillər nazil edən Odur. Həqiqətən Allah sizə şəfqətli və mehribandır.
Göylərin və yerin miraAllaha məxsus olduğu (hamı öldüyü və hər şey Ona məxsus olduğu) halda, Allah yolunda (mal) xərcləməməkdən sizə nə hasil olur? Sizdən (malını) fəthdən (Məkkənin fəthindən) qabaq (Allah yolunda) xərcləyib cihad edənlər əsla (başqaları ilə) bir deyildirlər. Onlar fəthdən sonra xərcləyərək cihad edənlərdən dərəcə baxımından daha böyükdürlər. Allah (onların) hər birinə gözəl (mükafat) vəd etmişdir. Allah etdiyiniz əməllərdən xəbərdardır.
Allaha borc – (xalis niyyətlə malının ən yaxşısından ən möhtac yerə) gözəl borc verən varmı ki, Allah da onu, onun üçün neçə qat artırsın və (axirtədə) ona çox dəyərli və bəyənilən bir mükafat versin?
6213 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
311 Səhifə