Əl-Mursəlat surəsi - Ayə 43 #77:43 Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun!
Əl-Mursəlat surəsi - Ayə 46 #77:46 (Siz isə, ey kafirlər dünyada) yeyin və qısa müddət ərzində azacıq bəhrələnin. Həqiqətən, siz günahkarsınız (və öz cəzanıza çatacaqsınız).
Əl-Mursəlat surəsi - Ayə 48 #77:48 Onlara «(Allahın müqabilində) rüku edin, müti olun»–deyildiyi zaman rüku etməz, və müti olmazlar.
Ən-Nəbə surəsi - Ayə 2 #78:2 Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Qur’anın haqq olması) haqqında.
Ən-Nəbə surəsi - Ayə 3 #78:3 Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər).
Ən-Nəbə surəsi - Ayə 4 #78:4 Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.
Ən-Nəbə surəsi - Ayə 5 #78:5 Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir).
Ən-Nəbə surəsi - Ayə 6 #78:6 Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).
Ən-Nəbə surəsi - Ayə 9 #78:9 Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik).
Ən-Nəbə surəsi - Ayə 14 #78:14 (Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,