Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru – düzgün biçim verənə. (Bədən üzvlərini bir – birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).
Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər. Rəbbi də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.
Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).