"iman" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "iman" üzrə 639 ayə tapıldı.
Bunların Allahın yerinə çağırdıqları (bütlər, mələklər və bəzi insanlar Qiyamət günü) – (şəfaət etdiklərinin imanını və şəfaətə layiq olmasını) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə (şəfaət hüququna) malik olmayacaqlar.
(Allah Peyğəmbərin şikayətlənərək məyuscasına dediyi) «ey mənim Rəbbim! Həqiqətən bunlar iman gətirməyəcək bir dəstədirlər» sözü(nü bilir və ondan xəbərdardır).
Lakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar.
Şübhəsiz, göylərdə və yerdə (onların vücudunda və yaradılmalarının necəliyi və təsirlərində) iman əhli üçün (Allahın tovhid, rübubiyyət, qüdrət və hikmətindən) nişanələr vardır.
Bunlar (kitabın bu ayələri və sizin öz vücudunuzda və təbiətdə olan ayələr) Allahın haqq və doğru olaraq sənə oxuduğumuz ayələridir. Buna görə də (əgər bunları qəbul etməsələr), Allahdan (Allahın sözündən) və Onun nişanələrindən sonra hansı sözə iman gətirəcəklər?!
İman gətirənlərə de ki, Allahın (məğlubiyyət və ölüm, Bərzəx və Qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əldə etdiklərinin müqabilində (Özü) cəzalandırsın.
Yoxsa günahlara batmış kəslər onları iman gətirib yaxşı işlər görmüş şəxslər kimi edəcəyimizi – həyat və ölümlərinin (onlarla) eyni olacağını güman edirlər? Nə pis mühakimə yürüdürlər!
Bizim (məad barəsindəki) aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların «əgər doğruçusunuzsa bizim atalarımızı (qəbirlərdən çıxarıb) gətirin (biz də iman gətirək)» deməkdən başqa bir dəlilləri yoxdur.
Buna görə də Rəbbləri iman gətirib yaxşı işlər görən kəsləri Öz mərhəmətinə daxil edəcəkdir. Bu, həmin aşkar uğurdur!
De: «Mənə xəbər verin (görüm) əgər bu (Qur’an) Allah tərəfindən olsa və siz küfr etsəniz, İsrail övladlarından bir şahid (bəzi yəhudi alimləri) isə onun bənzərinə (Qur’an kimi olan və Qur’anın doğruluğuna şahid olan həqiqi Tövrata) şəhadət verib iman gətirsə, siz isə təkəbbür göstərsəniz (sizcə siz çox çətin bir azğınlıq içərisində qalmazsınızmı)?» Həqiqətən Allah zalımları (imanın kamillik dərəcələrinə) yönəltməz.
Küfr edənlər iman gətirənlər barəsində dedilər: «Əgər bu (Qur’an və ya din) yaxşı şey olsaydı, onlar (yoxsullar və aşağı təbəqədən olanlar) onun qəbul edilməsində bizdən qabağa düşməzdilər.» Onlar onun vasitəsilə hidayət olunmadıqları üçün «bu (kitab) qədim və köhnə bir yalandır» deyəcəklər.
Öz ata-anasına «heyf sizə! Məndən əvvəl əsrlər boyu insanların (gəlib) keçdikləri (və onlardan heç kəsin dirilmədiyi) bir halda siz mənə (öləndən sonra torpaqların arasından) çıxarılacağımı vəd edirsiniz?!» deyən kəs(ə gəldikdə isə): O ikisi daim Allahdan (onun iman gətirməsi barəsində) kömək diləyir (və deyirdilər): «Vay olsun sənə! İman gətir. Allahın vədi mütləq haqdır.» Lakin o deyirdi: «(Sizin) bu (sözləriniz) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir.»
(Mömin və kafirlərin) hər biri üçün etdikləri əməllərindən qaynaqlanan (iman və küfr, səadət və bədbəxtlik, mükafat və cəza) dərəcələr(i) vardır. (Bu davranış bir sıra səbəblərə görə) və Allahın onların əməllərini(n əvəzini və ya gerçək təzahürünü) onlara kamil şəkildə verməsi üçündür. Və onlar əsla zülmə məruz qalmazlar, savabları kəsilməz yaxud cəzaları artırılmaz.
«Ey bizim qövmümüz! Allahın dəvətçisini (İslam Peyğəmbərini) qəbul edin və ona iman gətirin ki, Allah bəzi günahlarınızı (İslamdan qabaq Allahın qanunlarına qarşı çıxmağınızı) bağışlasın və (axirətdə) sizə ağrılı əzabdan sığınacaq versin.»
(Peyğəmbərlərə nazil olana) iman gətirərək yaxşı işlər görən və Muhəmmədə hamısı Rəbbləri tərəfindən haqq olaraq nazil olana iman gətirənlərin (isə) günahlarını təmizlədi və (dünya və axirətdə) vəziyyətlərini yaxşılaşdırdı.
Bunun (kafirlərin əməllərinin puç edilməsinin və möminlərin vəziyyətlərinin yaxşılaşdırılmasının) səbəbi küfr edənlərin batilə tabe olmaları, iman gətirənlərin isə Rəbbləri tərəfindən olan haqqın arxasınca getmələridir. Allah insanlara (onların) sifətlərini bu cür bəyan edir.
Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər.
Bunun səbəbi Allahın iman gətirənlərin başçısı və yardımçısı olmasıdır. Kafirlərin isə başçı və yardımçıları yoxdur.
639 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
32 Səhifə