Əl-Qiyamə surəsi - Ayə 19 #75:19 Sonra onu(n həqiqətlərini və sirlərini) bəyan etmək də Bizim öhdəmizdədir.
Əl-Qiyamə surəsi - Ayə 20 #75:20 Belə deyildir (axirəti inkar etməyiniz ona şəkk etdiyinizə görə deyil,) əslində siz bu tez keçib – gedən dünyanı sevirsiniz.
Əl-Qiyamə surəsi - Ayə 23 #75:23 (Qəlb gözü ilə) öz Rəbbinə tərəf (və zahiri gözü ilə Onun cəlal və camal nişanələrini tam şəkildə təzahür və təcəssümünə) baxacaqdır.
Əl-Qiyamə surəsi - Ayə 25 #75:25 Bel qıran bir əzaba (ya burunlarına oddan dağ basılmasına) məruz qalacaqlarını bilərlər.
Əl-Qiyamə surəsi - Ayə 26 #75:26 Belə deyil (insanın zənn etdiyi kimi deyil). Can boğazın dövrəsindəki sümüklərə (körpücük sümüklərinə) yetişdiyi zaman.
Əl-Qiyamə surəsi - Ayə 27 #75:27 Və (can verənin başına toplananlar) deyərlər: «Şəfa verən təbib kimdir (varmı)? (Və mələklər deyərlər: «Kimdir onun ruhunu yuxarı aparan? Rəhmət mələyi, ya qəzəb?)»
Əl-Qiyamə surəsi - Ayə 30 #75:30 O gün (ölüm günü) sövq və hərəkət sənin Rəbbinə tərəfdir (Bərzəxdəki görüş, Qiyamət, məhkəməsindən tutmuş Cənnətə, ya Cəhənnəmə kimi).
Əl-Qiyamə surəsi - Ayə 31 #75:31 (O halda deyilər:) «O, nə (Allahın dəvətini) təsdiq etdi və nə də itaət edərək namaz qıldı».
Əl-Qiyamə surəsi - Ayə 36 #75:36 Yoxsa insan elə güman edir ki, başlı - başına buraxılacaq (heç bir vəzifəsi və hesabı yoxdur)?
Əl-Qiyamə surəsi - Ayə 37 #75:37 Məgər o, qadının bətninə tökülən bir damcı «məni»dən ibarət deyildimi?!