Əl-Mursəlat surəsi - Ayə 32 #77:32 Həqiqətən, elə qığılcımlar saçar ki, (böyüklükdə) sanki (hər biri) uca bir binadır (yaxud böyük xurma ağacının gövdəsidir).
Əl-Mursəlat surəsi - Ayə 35 #77:35 Bu elə bir gündür ki, onlar (Məhşərin bəzi duracaqlarında) danışmazlar dinməzlər.
Əl-Mursəlat surəsi - Ayə 36 #77:36 Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri yoxdur).
Əl-Mursəlat surəsi - Ayə 38 #77:38 Bu, sizi də, sizdən əvvəlkiləri də hamılıqla bir yerə topladığımız, mühakimə və (yaxşıları pislərdən) ayırma günüdür.
Əl-Mursəlat surəsi - Ayə 39 #77:39 Əgər (bu gün əzabdan nicat tapmaq üçün) bir çarəniz və hiyləniz varsa, Mənə qarşı işlədin.
Əl-Mursəlat surəsi - Ayə 43 #77:43 Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun!
Əl-Mursəlat surəsi - Ayə 46 #77:46 (Siz isə, ey kafirlər dünyada) yeyin və qısa müddət ərzində azacıq bəhrələnin. Həqiqətən, siz günahkarsınız (və öz cəzanıza çatacaqsınız).
Əl-Mursəlat surəsi - Ayə 48 #77:48 Onlara «(Allahın müqabilində) rüku edin, müti olun»–deyildiyi zaman rüku etməz, və müti olmazlar.
Əl-Mursəlat surəsi - Ayə 50 #77:50 (Əgər onlar bu kitaba da iman gətirmirlərsə,) bəs bundan sonra hansı bir sözə (kəlama) iman gətirəcəklər?!