Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir.
Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.)
(Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)!