Ən-Nəcm surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ən-Nəcm surəsi" üzrə 62 ayə tapıldı.
(Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir.
(Bütün canlıları müəyyən edilmiş vaxtda) öldürən və (bütün ölülüləri Öz istəyi ilə) dirildən (də) Odur.
Həmçinin (səma kitabları və bəşəri şəriətlərdə yazıldığı kimi əzəli elm və qəti ilahi istəyə əsasən) digər aləmi yaratmaq Onun öhdəsinədir.
Və (Lutun qövmünün yuxarı qaldırdıqdan sonra) üzü üstə yerə çırpdığı alt-üst edilmiş şəhərləri(ni)!
(Bütün hadisələr aləmin kamil quruluşunu təşkil edən nemətlərin fövqündədir.) Belə isə Rəbbinin nemətlərinin hansı birinə şəkk edirsən?!
Bu (Peyğəmbər və onun kitabı, bunların hər biri bəşəriyyət üçün) əvvəlki qorxudanlar qismindən olan bir qorxudandır.
(Allahın zatına məxsus əzəli ilahi elmə əsasən) yaxınlaşmalı olan (Qiyamət) yaxınlaşmışdır.
Onun zamanını Allahdan başqa bir aşkar edən yoxdur və (gerçəkləşən zaman) onu Allahdan başqa heç kəs yox edə, təxirə sala və (qorxu və əzabını) dəf edə bilməz.
Yoxsa (ümmətlərin vəziyyəti, Qiyamətin yaxınlaşması və Qur'an barəsində deyilən) bu sözə təəccüb edirsiniz?!
62 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
4 Səhifə