Ər-Rum ‏ surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ər-Rum ‏ surəsi" üzrə 60 ayə tapıldı.
İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar.
(Ya Peyğəmbər!) de: «Bu yer üzündə gəzin, dolanın, beləliklə baxın görün ki, sizdən öncəkilərin (tüğyan edənlərin, zalımların, sərvət toplayanların) aqibəti necə oldu?! Onların əksəriyyəti müşrik idi».
(Ya Muhəmməd!) Allah tərəfindən qarşısıalınmaz gün gəlməzdən öncə (qəlbinin) üzünü bu düzgün və möhkəm (sabit) dinə doğru döndər. O gün (insanlar) parçalanıb bölük-bölük olarlar.
Kim kafir olsa, küfrü öz ziyanınadır. Yaxşı iş görənlər isə özləri üçün (axirət aləminin əbədi həyat vasitələrini) hazırlayarlar ki,
(Allah) iman gətirib və saleh əməllər edənlərə Öz fəzlindən mükafat versin. Həqiqətən, O, kafirləri sevməz.
Öz rəhmətindən sizə daddırması (küləkləri əsdirməsi), gəmilərin onun mütləq iradəsi altında hərəkət etməsi üçün küləkləri müjdəverici olaraq (yağışın yağma müjdəsini versin deyə) göndərməsi, Onun fəzlindən (külək və yağış vasitəsi ilə yaranan ruzini) axtarmanız Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir. Bəlkə şükr edəsiniz!
(Ya Muhəmməd!) Şübhəsiz, səndən öncə də (bəzi) qövmlərə peyğəmbərlər göndərdik, onlara (Allah tərəfindən) aydın dəlillər gətirdilər (onların bəzisi kafir və bəzisi mömin oldular), bu zaman Biz günahkarlardan intiqam aldıq. Möminlərə daim kömək etmək Bizim öhdəmizdə olan bir haqdır və vacibdir.
Küləkləri göndərib, buludu hərəkətə gətirən (Allah) onu göydə istədiyi kimi yayır və müxtəlif topalar şəklinə salır, bu zaman görürsən ki, yağış onun arasından çıxır. Elə ki, (Allah) o yağışı bəndələrindən istədiyinə yetirir, dərhal sevinir və şad olurlar.
Belə isə, (Ya Muhəmməd!) Allahın rəhmətinin əsər-əlamətinə (yağışa) bir bax ki, necə də yeri (və onun yetişdirici maddələrini) öldükdən sonra (baharda) dirildir. Həqiqətən, O ölüləri (axirət günü) dirildən Allahdır və O hər şeyə qadirdir.
Və əgər (yandırıcı və ziyanverici) bir külək göndərsək və onun nəticəsində öz əkinlərini saralmış (solmuş) görsələr, mütləq ondan sonra (da ayılmaq əvəzinə) küfr edərlər.
Şübhəsiz, sən (küfr və inad) ölülər(in)ə (heç nəyi) eşitdirə bilməzsən, öz dəvətini arxa çevirib, dönüb gedən karlara yetirə bilməzsən.
Və sən qəlbləri ölmüş kəsləri öz azğınlıqlarından düz yola yönəldən deyilsən; sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə əsasən) Bizim ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən, buna görə də (onlar fitri qabiliyyətlərinə görə də Bizim müqabilimizdə) təslimdirlər.
Allah sizi bir zəifdən və qüdrətsizdən (zəif bir varlıqdan–nütfədən) yaratdı, (sizin üçün) zəiflik və gücsüzlükdən sonra (həddi-büluğa yetişdikdən qocalıq çağına kimi fikri və cismi) qüvvə və güc verdi və yenə də (sizdə) qüdrətdən sonra gücsüzlük və qocalıq bərqərar etdi. (Bəli,) O, istədiyini yaradır və Odur (hər şeyi) bilən və qüdrət sahibi.
Və Qiyamət qopacağı gün günahkarlar and içəcəklər ki, (dünyada, yaxud öldükdən sonra) yalnız bircə saat qalmış (və ölümlə dirilmə arasında heç bir fasilə olmamışdır). Onlar(ın dünyada da) bu cür (səhv edib) azırdılar.
Elm və iman verilmiş kəslər (peyğəmbərlər, övliyalar və mələklər) isə deyərlər: «Siz, şübhəsiz, Allahın kitabına (Lövhi-Məhfuz və Qur’ani-Məcidə) əsasən (o aləmdə) dirilmə gününə qədər qaldınız. Budur dirilmə və Qiyamət günü. Lakin siz (Bərzəx aləmini keçirəcəyinizi) bilmirdiniz (və Qiyamətin haqq olduğuna inanmırdınız).
Beləliklə o gün zülm edənlərin üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onlardan üzr diləmələri istənilməyəcəkdir.
Biz bu Qur’anda insanlar üçün hər cür məsəl çəkdik (lakin ayılmadılar) və əgər onlar üçün (aydın) bir nişanə gətirsən, kafir olanlar mütləq deyəcəklər: «Siz yalnız batil əhli və boş danışanlarsınız».
Allah bilməyənlərin (tovhid və din elminə yiyələnməyənlərin) qəlblərinə beləcə (bədbəxtlik və anlamazlıq) möhür(ü) vurar.
(Ya Peyğəmbər! Onların hədələri və hiylələri müqabilində) sən səbr et. Şübhəsiz, Allahın vədi (ümmətin qələbəsi, kitabın yayılması və dininin bütün dünyaya şamil olması və əbədiliyi) haqdır və (Allahın vədlərinə) yəqinləri olmayanlar, səni yüngüllüyə (səbirsizliyə) və iztiraba vadar etməsinlər.
60 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
3 Səhifə