Əs-Saffat surəsi - Ayə 42 #37:42 (Onlar üçün növbənöv) meyvələr (vardır); Və həmçinin onlara (Allah tərəfindən mələklər vasitəsilə) hörmət və ehtiram olunar.
Əs-Saffat surəsi - Ayə 45 #37:45 Onların dövrəsində (Behiştdə axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar,
Əs-Saffat surəsi - Ayə 47 #37:47 Nə onda bir baş ağrısı və bədən zərərləri vardır, nə də onun vasitəsilə ağılları başdan çıxar.
Əs-Saffat surəsi - Ayə 48 #37:48 Və onların yanında xumar baxışlı, ərindən savayı digərlərindən gözlərini çəkən, iri və gözəl gözlü qadınlar vardır,
Əs-Saffat surəsi - Ayə 49 #37:49 Onlar sanki örtülmüş quş yumurtalarıdır, (quş qanadları altında, yaxud parçanın içində, toz-torpaqdan və çirkdən qorunmuşlar).
Əs-Saffat surəsi - Ayə 50 #37:50 Onlardan bir qismi digərlərinə üz tutar, bir-birlərilə söhbət edərlər.
Əs-Saffat surəsi - Ayə 51 #37:51 Onlardan biri belə deyər: «Həqiqətən, mənim (dünyada) bir yoldaşım (həmsöhbətim) var idi.»
Əs-Saffat surəsi - Ayə 52 #37:52 (Mənə) deyərdi: «Yəni doğrudan sən (ölümdən sonra dirilmək məsələsini) təsdiq edənlərdənmisən?!»
Əs-Saffat surəsi - Ayə 53 #37:53 «Yəni biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra məgər (yenidən dirilərək) cəzalanacağıqmı»?!
Əs-Saffat surəsi - Ayə 54 #37:54 (Sonra o dostlarına) deyər: «Ona baş çəkərək əhvalından hali olmaq istərsinizmi?»
Əs-Saffat surəsi - Ayə 55 #37:55 O, özü (Cəhənnəmə) nəzər salar və onu Cəhənnəmin düz ortasında görər.
Əs-Saffat surəsi - Ayə 56 #37:56 Deyər: «Allaha and olsun, həqiqətən, az qalmışdı sən məni də həlakətə sürükləyəsən.»
Əs-Saffat surəsi - Ayə 57 #37:57 «Əgər Rəbbimin (doğru yola yönəltmək) neməti olmasaydı, həqiqətən, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.»
Əs-Saffat surəsi - Ayə 58 #37:58 Beləliklə (şövqlə və bəyan etmək məqsədi ilə dostlarına deyər:) «Biz bir daha ölməyəcəyik, elə deyilmi,»
Əs-Saffat surəsi - Ayə 59 #37:59 (Dünyadakı) ilk ölümümüzdən savayı! Biz heç bir zaman əzab görməyəcəyik?!»