"Ad" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ad" üzrə 2613 ayə tapıldı.
Şübhəsiz, sənin Rəbbinin yanında (mələklər və Allahın övliyaları kimi Onun mənəvi yaxınlığında) olanlar Ona ibadət etməkdən boyun qaçıraraq təkəbbürlük etməz, Onun paklığını yada salar və Ona səcdə edərək özlərini kiçildərlər.
Səndən «ənfal» (bu ayənin nazil edilməsinə səbəb olan döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin».
Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər.
Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır.
Səninlə o haqq iş (Bədr döyüşünə getmək) barəsində (onun məsləhətə uyğun olması və Allahın onda olan köməyi) aydın olduqdan sonra, mübahisə edirdilər (ki, bu cihad döyüşündə qüvvələr bərabər deyildir). (Onlar elə qorxu və vəhşət içində idilər ki,) sanki gözləri baxa-baxa ölümə tərəf sürüklənirdilər!
Və (yada salın) o zaman(ı) ki, Allah sizə o iki dəstədən birinin (Məkkə tacirlərinin Şamdan Məkkəyə gedən və ticarət malları daşıyan karvanının və ya Məkkədən onları qorumaq üçün çıxan silahlı dəstənin) sizə nəsib olacağını vəd edirdi. Siz o silahsız dəstənin sizin olmasını çox istəyirdiniz. Allah (isə) Öz kəlmələri (əzəldən Lövhi-Məhfuzda yazmış olduğu vədləri) ilə haqqı bərqərar edərək möhkəmləndirmək və kafirlərin kök və nəslini kəsmək istəyirdi.
(Ey kafirlər,) budur (dünya əzabı)! Buna görə də dadın onu və əlbəttə, kafirlər üçün (axirətdə) od əzabı (da) vardır.
Buna görə də, (bilin ki,) onları siz öldürmədiniz, Allah öldürdü onları! Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etmək) və möminləri yaxşı sınamaq (yaxud onlara gözəl qələbə neməti vermək) üçün! Həqiqətən Allah eşidən və biləndir.
Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız.
(Bəlasına) sizin yalnız zalımlarınızın düçar olmayacağı (hamını bürüyəcəyi) fitnədən (fəsad və günahların ziddiyyətlər, əmr be mərufun yerinə yetirilməməsi və mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrindən) qorxun və bilin ki, Allah ağır cəzalandırandır.
Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların (Qüreyşin və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi.
Ey iman gətirənlər, (dinin hökmlərinə qarşı çıxmaqla) Allaha və Onun Peyğəmbərinə xəyanət etməyin. Həmçinin (xəyanətin şəriət və vicdan baxımından çirkin bir iş olmasını) bilə-bilə öz əmanətlərinizə (xalqın və yaradanın əmanətlərinə) xəyanət etməyin.
Və (yada sal) o zaman(ı) ki, kafirlər sənin barəndə - səni həbs etmək, ya öldürmək və ya (şəhərdən) çıxarmaq üçün hiylə və biclik işlədirdilər. Onlar daim hiylə işlədirdilər və Allah da onların hiylələrinin qarşısını alırdı. Allah hiylənin qarşısını alanların ən yaxşısıdır.
Bizim kitabın ayələri onlara oxunduqda (inadın və təkəbbürün çoxluğundan) «əlbəttə eşitdik; əgər istəsək biz də bunun kimisini deyərik; bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir» deyərlər.
Və (yada sal) o zaman(ı) ki, (Qur’anı inkar edən müşriklər) «ey Allahımız, əgər bu, Sənin tərəfindən (vəd olunmuş) həmin haqdırsa, onda göydən bizə daş yağdır, ya bizim üçün başqa bir ağrılı əzab gətir» dedilər.
Məscidül-Həramın başçısı olmaya-olmaya insanları ora (daxil olmaq)dan saxladıqları (camaatın ora daxil olmalarına mane olduqları) halda Allah onlara nə üçün əzab verməməlidir? Oranın başçısı yalnız pərhizkarlardırlar, lakin çoxları bilmirlər.
Onların Kə’bə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!
(Onların küfrləri və həmin yoldakı xərcləri səbəb olub) ki, Allah murdarı pakdan (dünyada kafiri mömindən və haramı halaldan) ayırsın və (axirətdə) murdarları bir-birinin üstünə yığıb hamısını üst-üstə qalasın və Cəhənnəmə atsın. (Bəli,) onlardır ziyana uğrayanlar!
Onlarla (müşriklərlə) heç bir küfr, fəsad və təhlükə qalmayana və (ümumi rəsmi) din tamamilə Allaha məxsus olana kimi vuruşun. Beləliklə, əgər (şirkdən) əl çəksələr, əlbəttə Allah onların etdiklərini görəndir.
2613 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
131 Səhifə